Dizel mühərikinin sonu gəlirmi? - FOTO

Avropada 2035-ci ildən etibarən yanacaqla işləyən avtomobillərin qadağan olunacağı hamıya məlumdur. Hətta Azərbaycanda da bəzən bununla bağlı əsassız ajiotajlar yaranır. Bəs avtomobillərə tətbiq olunan qadağa digər sahələrə necə təsir edəcək? Yaxud, Dizeldən birdəfəlik imtina mümkündürmü?
Avtosfer.az-ın xəbərinə görə, Dizel mühərriklərinin tətbiq sahəsi təkcə avtomobillə məhdudlaşmır. Bu gün gəmiləri kütləsi tonlarla ölçülən dizel mühərrikləri hərəkətə gətirir. Yaxud, böyük elektrik generatorları, rezerv enerji mənbələri məhz Dizel mühərrikləri sayəsində mümkündür. Ən əsası, böyük eletrik stansiyaları, o cümlədən AES-lərin ehtiyat qidalanma mənbələri məhz Dizel generatorlardır. Bu generatorlar sayəsində istənilən şəraitdə elektrik əldə edərək lazımi işləri reallaşdırmaq mümkündür. Məsələn, Türkiyənin zəlzələ baş verən ərazilərində səyyar xəstəxana və yeməkxanaları Azərbaycan dövlətinin göndərdiyi ağır generatiorlar enerji ilə təchiz edir. Traktorlarla və yük maşınlarında Dizel mühərriklərinin əvəzi hələ ki, tapılmayıb. Ağır hərbi texnika isə ayrı söhbətin mövzusudur.
İşin digər tərəfi Almaniyanın Dizel mühərrikinə bir növ lobbiçilik etməsidir. Almanlar üçün Dizel mühərriki təkcə gəlir deyil, həm də qürur mənbəyidir. Bu səbəbdən alman konstruktorlar dizelin tezliklə tarixə qovuşmasında maraqlı edyillər.
Bir sözlə, Avropadakı qadağa yalnız minik avtomobillərinə aiddir. Dizel mühərrikinin digər sahələrdən tamamilə yığışdırılması yaxın perspektivdə mümkün deyil. Bəşəriyyət ən optimist proqnozla hələ yarım əsr həyatı Almaniya-Britaniya-Fransa üçbucağında keçən Rudolf Dizelin ixtirasından bəhrələnəcək.
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir













