Dünya ölkələrinin lüks polis avtomobilləri - FOTOLAR
Adətən polis avtomobilləri çox da baha olmayan, istismar xərci aşağı modellər arasından seçilir. Lakin latın ifadəsində deyildiyi kimi istisnalar qaydaları təsdiqləyir (Exceptio firmat regulam).
Avtosfer.az xəbər verir ki, bəzi ölkələrdə polis xidmətə lüks avtomobillərlə çıxır. Məqsəd çox sürətli avtomobilləri təqib etmək, həmçinin polisin nüfuzunu qorumaqdır.
BƏƏ-də polisin xidməti avtomobilləri arasında “Lamborghini”, “Bentley”, “Mc Laren”, “Ferrari”, “Mercedes G classe Brabus” və “Bugatti” yer alır.
Alman polisi standart “Opel”llərlə yanaşı “Mercedes Brabus”, “Porsche 911”lə də xidmətə çıxır.
İngiltərədə “Lamborghini”, “Mc Laren 12”, “Caparo T1”, “Ferrari” ilə yol kənarında dayanmış polisə rast gəlmək mümkündür.
“Lamborghini “ilə elə öz vətəni İtaliyada da polis xidmət aparır.
Niderland kiçik olsa da, polis bahalı “Spyker C8”lə işə çıxır.
Fransız polisinin sevimli maşını “Renault Megane” və “Peugeot”dur. Lakin yapon modeli olan “Subaru”ya da rastlamaq mümkündür.
ABŞ-da şeriflərin sevimli avtomobili “Dodge Charger”dir.
Günəşli Latın Amerikası ölkəsi Kolumbiyada polis cinayətkarları kabriolet “Ferrari” ilə təqib edir.
Vüqar