Dünyada bir dənə olan altıtəkərli “Lamborghini"nin görüntüləri paylaşıldı - VİDEO - FOTO

Amerikalı bloqerlər hazırlıq mərhələsində olan altıtəkərli “Lamborghini”nin görüntülərini paylaşıblar. Kadrlar maşını təsadüfən görən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayımlanıb. Jurnalistlər unikal maşının sahibinin hesabını tapa bilməyiblər.
Kadrlardan görünür ki, əlavə bir cüt təkərə görə, maşının bütün arxa hissəsi dəyişdirilib. Bloqerlər hesab edir ki, belə “cərrahi müdaxilə” bütün komponentlərə və sistemlərə təsir edib.
Bununla belə avtomobilin hazırlıq prosesi final mərhələdə deyil. Bundan sonra avadanlıqda yeniləmələr edilməli, həmçinin montaj və rəngləmə prosedurları həyata keçirilməlidir.
Bloqerlər onu da vurğulayıblar ki, hazırda bu layihənin əsasını təşkil edən benzinlə işləyən “Urus” tapmaq, demək olar ki, mümkün deyil. Bu versiyanın bütün nüsxələri satılıb, stokda isə ancaq hibrid versiyalar qalıb. (oxu.az)
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










