Dünyanın ən bahalı avtomobilləri – SİYAHI + FOTO

2021-ci ildə ən bahalı avtomobil İtaliyanın “Pagani” şirkətində xüsusi sifarişlə istehsal olunan “Zonda HP Barchetta” modeli seçilib.
“TopGear”in hesabatına görə, müştəri bu avtomobil üçün 17,5 milyon dollar ödəyib. Tək nüsxədə istehsal olunan maşın ən güclü avtomobillərdən biridir: maşın 800 at gücündə olan “Mercedes-AMG V12” atmosfer mühərrik və altı pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.
İkinci ən bahalı avtomobil “Rolls-Royce Sweptai” isə 12,8 milyon dollardır. Lüks avtomobillərin seriyalı istehsalçısı olmasına baxmayaraq, bu modelin tərtibatına dörd il vaxt gedib. Reytinqdə təqdim olunan bütün avtomobillər üç saniyədən daha az müddətə 100 km/saata qədər sürət yığa bilirsə, bu avtomobilin əsas fərqləndirici xüsusiyyəti rahatlıq və lüksdur.
Qiymətinə görə növbəti pillənin sahibi 1 479 at gücündə, 8.0 litrlik “W16” mühərrikli, 12,5 milyon dollarlıq “Bugatti La Voiture Noire” gəlir.
Ən bahalı avtomobillərin siyahısına daha bir “Bugatti” modeli - 9 milyon dollarlıq “Bugatti Centodieci” də düşüb. Eksklüziv avtomobil “Bugatti”nin 110 illiyi üçün məhdud sayda cəmi 10 ədəd buraxılıb. Bu, məşhur markanın istehsal modelləri arasında ən güclü olanıdır: 1 600 at gücünə sahib 8 litrlik “W16” mühərrik.
Lüks və sürətli avtomobillər istehsalı ancaq italyanlar, ingilislər və almanlar aid deyil. İsveç şirkəti “Koenigsegg” xüsusi olaraq istehsal olunan hiper avtomobillər sahəsində ixtisaslaşıb. Bu il müştərilərin ala biləcəyi ən bahalı avtomobillərin siyahısına 4.8 milyon dollar dəyərində, almaz örtüklü “Koenigsegg CCXR Trevita” avtomobili də daxil olub.
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










