Əfsanəvi Prado Gürcüstanda təqdim olundu! - VİDEO

Avtodünya 15 İyul 2024 11:39 Oxunub 2228
Əfsanəvi Prado Gürcüstanda təqdim olundu!  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən ilin avqust ayında açıqlanmış yeni nəsil "Land Cruiser 250" modeli 10-13 iyun tarixlərində "Prado" sevənlərə təqdim olundu. Gürcüstanda baş tutan təqdimat mərasimi maraqlı tədbirlər və test sürüşləri ilə yadda qaldı.

"Kutaisi Inn" hotelində baş tutan tədbirdə iştirakçılara "Land Cruiser 250" modelinin ənənəvi ruhuna sadiq qalınaraq yenilənmiş xarici görünüşü, "Multi-Terrain Select", "Crawl Control", Stabilizatoru Ayırma Mexanizmi kimi bir sıra yenilikləri, təkmilləşdirilmiş sürüş və idarəetmə performansı, həm yolda, həm də yolsuzluq şəraitindəki bənzərsiz rahatlığı haqqında geniş məlumat verildi.

Azərbaycanı təmsil edən media qrupu tədbirə 11 iyun tarixində qoşuldu və 12 iyunda baş tutan test sürüşündə də iştirak etdilər.

İlk baxışdan media qrupunun diqqətini çəkməyi bacaran avtomobil həm “Prado” ənənəsini, həm də müasir elementləri özündə birləşdirmə tərzi ilə hər kəsi təəccübləndirməyi bacardı.

"Toyota Caucasus" yeni modelin yolsuzluq bacarıqlarını göstərməyin ən gözəl üsulunu birbaşa sahədə təcrübə etmək olduğunu düşündüyündən iştirakçılar üçün Muaşi resortundan və Kulbaki gölündən keçərək Prometeus mağaralarında yekunlaşan bir test sürüşü marşrut xətti təşkil etti.

İştirakçılar test sürüşü zamanı "Prado" əfsanəsinin daha da güclənməsini hiss edərək yeni modelin əvvəlki modellərlə müqayisədə hansı üstünlüklərə sahib olduğunu gördülər. Onlar "Multi-Terrain Select" sistemi ilə avtomobilin fərqli sürüş senarilərinə adaptasiya olmasını, "Crawl Control" sistemi ilə enişli-yoxuşlu yollarda sürətin stabil saxlanmasını, avtomobilin hər şəraitdə təqdim etdiyi komfortu və idarəetmənin hər kəs üçün rahat və əlçatan olmasını birbaşa təcrübə etdilər.

“Toyota Land Cruiser 250” modelinin Azərbaycanda satışı, komplektasiyası və qiyməti ilə bağlı daha ətraflı məlumatı “Toyota”nın Azərbaycandakı rəsmi dillerlərindən əldə edə bilərsiniz.
 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh