Elektromobilə keçid neftə qlobal tələbatı azaldacaq

Dünyada elektromobilə keçid dönməyən prosesə çevrilib. Bu texnikanın bazar payının sürətlə artması qlobal enerji bazarına da təsirsiz ötüşmür. Bəs elektromobilin qlobal enerji sisteminə təsiri necə olacaq? Ənənəvi yanacaq növlərində hansı dəyişiklik olacaq?
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, elektromobillərin qlobal artımı dünyanın enerji bazarını dəyişdirəcək. Bu artımdan ən çox zərər çəkən isə neft olacaq. Baş qərargahı Parisdə yerləşən qurum hesab edir ki, 2030-cu illərdən etibarən təsir daha ciddi hiss ediləcək.
Agentliyin proqnozu dünya üzrə elektromobil satışı statistikasına əsaslanır. Ötən il dünyada 10 milyon təzə elektromobil satılıb. Bu il satışın 14 milyon ədədə çatacağı, başqa sözlə 35% artım olacağı gözlənilir. Başqa statistika ilə, elektromobillərin bazar payı 2020-ci ildə cəmi 4% olduğu halda, ötən il 14%-i ötüb. Bu il isə bu rəqəmin 18%-ə çatacağı şübhə doğurmur. Bəzi ekspertlər hətta sıçrayışla artım gözləyirlər.
Hesabatda deyilir: “Hazırda gündəlik hasilat 100 milyon bareldən çoxdur. 2030-cu illərdə isə gündəlik tələbat 5 milyon barel azalacaq. Bu azalma geosiyasi gedişatı pozmayacaq. Lakin tələbatın azalmasının bu onilliyinn sonunda neft qiymətinə necə təsir edəcəyi məlum deyil”.
Elektromobillərin artmasının qlobal neft bazarına təsiri ümumi olsa da, bu texnikanın artımı dünya üzrə bərabər bölünməyib. Hazırda əsas bazarlar ABŞ, Çİn və Avropadır. İlk yerdə Çin qərarlaşır. Dünyada istehsal edilən hər 3 elektromobilin ikisi bu ölkədə satılır. Paralel olaraq bu ölkə batareya və elektronika istehsalında dominantlığını saxlayır. Avropa və ABŞ-də isə ekoloji normalar sərtləşdikcə həm istehsalçılar, həm də istehlakçılar sıfır emissiyaı texnikaya üz tutur.
Təmiz texnologiyalara maraq göstərən təkcə ABŞ, Çin və Avropa deyil. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə ötən il elektromobillərin sayı Tailannda 2, Hindistan və İndoneziyada isə 3 dəfə artıb.
Vüqar Yaşaroğlu
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










