Elektromobillər Avropa və Çində 15% ucuzlaşıb - STATİSTİKA

Beynəlxalq saytların təqdim etdiyi statistikalar göstərir ki, elektrik avtomobillərinin qiymətləri əvvəlki kimi bahalı deyil və daxili yanma mühərrikli avtomobillərlə qiymət fərqi getdikcə azalır.
Avtosfer.az xəbər verir ki, illər boyu elektrikli nəqliyyat vasitələrinə maraq göstərməyən istifadəçilər yüksək qiymətləri, sürmə məsafəsi, şarj sürəti və infrastrukturla bağlı narahatlıqlarına əsas göstərirdilər. Lakin “Jato Dynamics” tərəfindən təqdim olunan yeni sənaye hesabatına əsasən, elektrik avtomobillərinin qiymətləri xeyli aşağı düşüb və bu avtomobillər ilə daxili yanma mühərrikli avtomobillər arasındakı qiymət fərqi indiyədək ən dar nöqtəyə qədər daralıb.
Hesabata görə, 2021-ci ildə ABŞ-də elektrikli və yanma mühərrikli avtomobillər arasında 50 faizlik qiymət fərqi mövcud idi. Lakin 2022-ci ildə bu fərq 33%-ə, keçən il isə 15%-ə enib. Eyni zamanda, elektrik avtomobillərinin qiymətləri ABŞ-də inflyasiya nəzərə alındıqda, 2018-ci ilə nisbətən 25% azalıb.
Avropada və Çində də elektrikli avtomobillərin qiymətləri son illərdə təxminən 15% azalarkən, daxili yanma mühərrikli avtomobillərin qiymətləri Avropada 7% artıb. Nəticədə, 2024-cü ildə Avropada elektrikli və yanma mühərrikli avtomobillər arasındakı qiymət fərqi 22%-ə qədər düşüb.
Bununla belə, elektrik avtomobillərinin qiymətləri regionlar arasında əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, “Polestar 4” modeli Çində 52,190 avroya, ABŞ-da 59,452 avroya, Avropada isə 69,300 avroya təklif edilir. Eyni zamanda, “MG4” modelinin qiyməti Çində 18,245 avro, Avropada isə 30,960 avro təşkil edir. Bu səbəbdən, Çin istehlakçıları elektrikli avtomobilləri Avropa və ABŞ-dakı müştərilərdən daha ucuz qiymətə əldə edə bilirlər.
Eltac Zülfüqaroğlu
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO
Aeroport parkinqində YENİ TİP AVTOMOBİL OĞURLUĞU
Dünya bazarında elektromobil istehsalçılarının payı - FOTO











