Elektromobillərin Qəbələyə möhtəşəm yürüşü baş tutdu - FOTO - VİDEO

Avtodünya 2 Noyabr 2024 23:01 Oxunub 4562
Elektromobillərin Qəbələyə möhtəşəm yürüşü baş tutdu   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Avtomobil Dillerləri Asossasiyasının təşkilatçılığı ilə elektrikli avtomobillərin yarışı təşkil edilib.

Avtosfer.az xəbər verir ki, əsas məqsəd bu maşınların uzaq məsafə qət etməsini ölçmək olub. Yarışda müxtəlif modellərdən 7 avtomobil iştirak edib. Yarış Bakıdan start götürüb və Qəbələdə başa çatıb.

 

AADA-nın idarə heyətinin sədri Natiq Zərbəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, əsas məqsəd bu növ avtomobillərə marağın artırılmasıdır. Həmçinin COP29 ərəfəsində məhz elektrikli avtomobillər də ekoloji tarazlığın qorunmasında müstəsna rol oynadığına diqqət çəkməkdir.

Natiq Zərbəliyev onu da əlavə edib ki, insanlar çox vaxt düşünür ki, elektrikli avtomobillər ilə uzaq məsafə qət edən zaman yolda qala bilərlər. Bu tədbir bir daha sübut etdi ki, əslində bu fikir yanlışdır.

AADA-nın icraçı direktoru Eyyub Əliyev Avtosfer.az-a açıqlamasında deyib ki, bu yarışda hər kəs qalibdir. Çünki əsas məqsəd insanları elektrikli avtomobillərin uzun məsafə qət edə bilməsinə inandırmaqdır. Eyni zamanda ekoloji tarazlığın qorunması mühüm əhəmiyyət kəsb edir. Məhz təmiz enerji ilə işləyən avtomobillərin təşviq edilməsi vacibdir.

Yarışda iştirak edən bütün avtomobillər 65-75 faiz enerji sərf etməklə 280 km-lik məsafəni qət edə bildi.

Orxan Əli

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh