Ən yaxşı 10 işlənmiş "Mercedes" avtomobili açıqlandı - SİYAHI

Geniş yayılmış fikrə görə, "Mercedes-Benz" avtomobilləri keyfiyyət və avtomobil texnologiyalarının etalonu sayılır. Alman brendi kifayət qədər bahalı avtomobillər istehsal edir və onları hər kəs ala bilmir. Lakin ikinci əl bazarında yeni avtomobillərlə müqayisədə xeyli ucuz olan yürüşlü modellər tapmaq mümkündür. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "WhatCar?" nəşrində işlənmiş 10 ən yaxşı "Mercedes-Benz" avtomobili seçilib. Ekspertlərin sözlərinə görə, bu modellərə diqqət yetirmək məqsədəuyğundur.
"Mercedes-Benz" avtomobilləri arasında ən yaxşı model kimi S213 kuzovlu "E-Class T-Modell" universalı tanınıb. Bu, 2016–2023-cü illərdə istehsal olunan məşhur modelin beşinci nəslidir. "Mercedes-Benz" "E-Class"ın beşinci nəslinin xüsusiyyətlərindən biri flaqman "S-Class" ilə vizual oxşarlığı olub. Bundan əlavə, model benzin və dizel mühərrikləri, eləcə də hibrid qurğular daxil olmaqla geniş güc aqreqatları xətti ilə təklif edilib.
Nəşr bildirir ki, "E-Class T-Modell" reytinqə böyük baqaj həcmi və zəngin təchizatı sayəsində başçılıq edib. Ekspertlər həmçinin modelin dəbdəbəli interyerə və son dərəcə komfortlu asqı sisteminə malik olduğunu vurğulayıblar.
10 ən yaxşı işlənmiş "Mercedes-Benz" avtomobili:
1. "Mercedes-Benz" E-Class T-Modell (S213);
2. "Mercedes-Benz" CLA (C118);
3. "Mercedes-Benz" A-Class (W177);
4. "Mercedes-Benz" GLA (H247);
5. "Mercedes-AMG" A45 (W177);
6. "Mercedes-Benz" GLC (X254);
7. "Mercedes-Benz" S-Class (W222);
8. "Mercedes-Benz" GLB (X247);
9. "Mercedes-AMG" E63 (W213);
10. "Mercedes-Benz" E-Class Cabriolet (A238).
Ən yaxşı yeni "Mercedes-Benz" modeli
Daha əvvəl "Express" nəşrində ən yaxşı yeni "Mercedes-Benz" avtomobili də müəyyənləşdirilib. Seçim Alman istehsalçısının iki modeli - "C-Class" və "E-Class" arasında aparılıb. Yekunda keyfiyyətlərin cəminə görə "Mercedes-Benz C-Class" qalib gəlib. Ekspertlər modelin təchizatını və interyerini xüsusilə yüksək qiymətləndiriblər.













