Ginnes Rekordlar Kitabına düşən avtomobili - FOTO - VİDEO

Böyük karxanalarda yüz ton və daha çox yükgötürmə qabiliyyəti olan texnikaların işləməsi adi haldır. Hətta 350-400 ton yük daşıya bilən maşınlar da var. Bunların arasında da rekordçu mövcuddur.
Avtosfer.az xəbər verir ki, hazırda dünyada ən böyük yükgötürmə qabiliyyətinə malik avtomobil "BelAZ 75710" hesab edilir. 2014-cü ildən Rusiyada istismarda olan avtomobilin yükgötürmə qabiliyyəti 450 tondur. Lakin bir neçə il əvvəl sınaq zamanı maşın 500 tondan çox yükün öhdəsindən gəlməyi bacarıb. Buna görə də, "BelAZ 75710" Ginnesin Rekordlar Kitabına ən böyük yükgötürmə qabiliyyətinə malik texnika kimi düşüb.
Avtomobilin parametrləri də heyranedicidir: uzunluq – 20,6 metr, hündürlük 8 metr, boş kütlə 360 ton. Maşında hər biri 2300 at gücü olan dizel mühərrik quraşdırılsa da, texnikanı hərəkətə 4 ədəd elektrik mühərriki gətirir. Yəni, teplovoz sistemi.
Bir ədədinin qiyməti 12 milyon dollar olan maşından cəmi 3 ədəd istehsal edilib. Hər üçün Sibirdə istismar olunur.
Vüqar
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ













