Reklam

Günəş şüaları avtomobilinizin bəzi hissələrini əridə bilər - DİQQƏTLİ OLUN!

Avtodünya 7 Dekabr 2022 15:18 Oxunub 3066
Günəş şüaları avtomobilinizin bəzi hissələrini əridə bilər - DİQQƏTLİ OLUN!
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Günəş şüaları avtomobilinizin bəzi hissələrini əridə bilər.

Avtosfer.az xəbər verir ki, günəş şüalarının təsiri nəticəsində nəqliyyat vasitələrinin bəzi hissələri əriyə bilər. Düzdür, bu, ilin müəyyən fəslində və müəyyən şəraitdə baş verə bilər. Məsələn, 2013-cü ildə iş adamı Martin Lindsi Londondakı Fençer-strit 20 və İstçip küçələrinin kəsişməsində yerləşən “Walkie Talkie” göydələnin yaxınlığında özünün “Jaguar XJ”ni bir neçə saatlıq park etmiş, geri qayıtdıqdan sonra isə avtomobilinin kuzovunun və salonun plastik hissələrinin, “Jaguar” embleminin əridiyini və arxa görüntü güzgüsünün zədələndiyini aşkar etmişdi. Sən demə, göydələn qabarıq konstruksiyasına görə lupa effekti verib və binadan yönələn şüalar maşının üstündə cəmləşiblər, kuzovun bəzi hissələrində temperatur 160 dərəcə S-yə kimi qalxıb Hazırda isə Martin Lindsinin başına gələnin başqalarının da yaşamaması üçün göydələnin sahibləri tərəfindən qabaqlayıcı tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh