Gürcüstanın qüruru, sürücülərin göz yaşları - FOTO

Sovet dövründə müttəfiq respublikalarda da az miqdarda avtomobil istehsalı mövcud idi. Lakin bunların demək olar heç biri müstəqil model olmayıb, Rusiyada istehsal olunmuş modellərin törəməsi idi.
Avtosfer.az-ın xəbərinə görə, 1940-cı illərdə Gürcüstan rəhbərliyi avtomobil istehsalı həvəsinə düşür. Təklif bəyənilir və tikinti başlayır. 1951-ci ildə ilk avtomobil konveyerdən çıxır. ZİS-150 adlı yük avtomobili Rusiyadan gələn detallarla yığılır. Sonradan modelin adı KAZ-150 olur, yəni Kutaisi Avtomobil Zavodu.
Bura qədər hər şey qaydasında gedir. 60-70-ci illərdə isə vəziyyət dəyişir. 600 seriyasından olan avtomobillər modernləşdirilsə də, bu səthi xarakter daşıyır. Dizayn dıyişsə də, mühərrik və transmissiyada dəyişiklik cüzi olur. 90 at gücü V6 ZİL mühərrikinin gücü 106 at gücünə qaldırılır. Bununla belə, 30-cu illərdə hazırlanmış mühərrik ehtiyacı ödəmir. Guya 11 ton qoşqu dartmağa hesablanan maşın 5 ton yüklə zorla hərəkət edir. Maksimal sürəti 60 km/saatı keçməyən KAZ-606-nın (Kolxida) yanacaq sərfi 50 litri keçir. İşlənmiş qazlar salona dolur, kabinənin qaldırma mexanizmi düzgün deyil. Təkər bazası kiçik olduğundan maşının manevr imkanı kiçik olur. Üstəgəl, aşağı keyfiyyətli yığılma nəticəsində maşınlar uzağı 5 ilə ömrünü başa vurur.
Təcrübəli sürücülər bu avtomobildən mümkün qədər qaçmağa çalışırdılar. Buna görə də Kolxidaları yalnız təzə başlayanlara və xəta törətmiş sürücülərə verirdilər. Xalq arasında da lətifələr dolaşırdı:
“Toyuq quş deyil, Kolxida maşın”,
“Gürcüstanın qüruru sürücülərin göz yaşı” və s.
90-cı illərdə Dizel mühərrikinin tətbiqi avtomobilə maraq yaratmadı. Gürcüstan müstəqillik əldə etdikdən saonra ən böyük istehsal 1993-cü ildə oldu - 650 ədəd.
Sonradan ABŞ və Avropa şirkətləri ilə danışıqlar nəticəsiz başa çatdı və 2001-ci ildə istehsal tam dayandı. İndi zavodun həyətini kol-kos basıb.
Beləliklə, sovet dövrünün böyük müəssisələrindən biri həyatını başa vursa da, onun haqqındakı lətifələr hələ uzun illər davam edəcək.
Vüqar Yaşaroğlu
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO















