Həftəsonu Bayraq Meydanında növbəti avtoşou təqdim ediləcək - VİDEO

İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Caspian Event Organisers” ilə birgə əməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night) adlı yarış, kartinq çempionatı və drift şou keçiriləcək.
Avtosfer.az xəbər verir ki, Dövlət Bayrağı Meydanında baş tutacaq tədbirdə yüksək sürət, iti manevrlər və gərgin rəqabət ilə yaddaşlarda qalan Amerikanın US Legend Cars yarışları olacaq.
Bu avtomobillər yarış meydanında mübarizə apararaq izləyicilərə maraqlı anlar bəxş edəcək.
Kartinq çempionatında isə 12-15 yaş arası ən istedadlı və sürətli pilotlar ictimaiyyət qarşısında avtoidman sahəsində ustalıqlarını nümayiş etdirəcək. Çempionat həm uşaqlar üçün unudulmaz bir təcrübə, həm də valideynlər və azarkeşlər üçün hədsiz əyləncə vəd edir.
Yerli idmançıların iştirakı ilə təqdim ediləcək drift şou isə həmin axşamın dinamikasını daha da artıracaq.
Bayraq Meydanında istirahət və əyləncə zonaları da fəaliyyət göstərəcək.
Həyəcan və əyləncə ilə dolu unudulmaz yarışın şahidi olmaq istəyənlər biletləri iTicket.az saytından əldə edə bilər.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











