“Honda”, elektromobil hədəfləri üçün 40 milyard dollarlıq investisiya qoyacaq - VİDEO

Honda, gələcək 10 il ərzində hibrid və elektromobil avtomobil satışını 40-a qədər artırmaq istəyir. Elə bu səbəbdən 2030-cu ilə qədər ən az 40 milyard dollarlıq investisiya qoymağı planladığını açıqlayıb.
Avtosfer.az">Avtosfer.az xəbər verir ki, “Honda”, rəqibləri “VW” və “GM” kimi şirkətlərlə müqayisədə elektromobilə keçmək üçün daha yavaş tempə sahib idi, amma 40 milyardlıq yatırımla işlər dəyişə bilər.
“Honda”nın CEO-su Toshihiro Mibe, markanın elektromobilə olan bağlılığına baxmayaraq, daxildən yanan mühərriklərin 2040-cı ildə də mövcudluğuna inanırıq.
Mibe “Karbon neytral olmağa doğru irəlilədikcə elektromobil və yanacaq hüceyrələrinə fokuslanırıq. Bunlar gələcəkdəki hərəkətlilik qavramlarının içərisində yer alan şeylərdir” deyə qeyd edib.
“Honda” CEO-su 30 ildir daxildən yanan mühərriklər üzərində inkişaf edir və məhz bununla əlaqədar olaraq elektromobil nəqliyyat dövründən xoşu gəlməsə də, şəxsi hislərini işindən ayırmaq məcburiyyətində olduğunu əlavə edib.
Yapon avtomobil istehsalçısı olan “Honda”, “Tesla”nın sahib olduğu kimi mükəmməl batareya şəbəkəsinə sahib olmaq istəyir və bu, investisiya planları arasındadır.
Qeyd edək ki, “Honda”, daxildən yanan mühərrikləri gələcək iyirmi il ərzində davam etdirmək üçün aşağı emissiyalı e-yanacaq istehsalı üzərində də araşdırmalar aparır.
Nərmin Əkbər
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










