İkinci nəsil "Volkswagen Amarok" pikapının yeni eskizləri dərc olunub
Volkswagen şirkəti addım-addım ikinci nəsil Amarok pikpaının dizaynı üzərindəki sirr pərdəsini qaldırmağa çalışır. Bundan əvvəl, yeni pikpaın dizayner eskizləri 2020 və 2021-ci illərdə dərc ediliblər. Xatırladaq ki, yeni Amarok pikapı eyni platformanı bölüşdüyü Ford Ranger modelinin əkizi olacaqdır. Əvvəllər bənzər əməkdaşlıq Ford ilə Mazda arasında da baş tutmuşdu: əvvəlki Ford Ranger və Mazda BT-50 pikapları müxtəlif tərtibata malik olan eyni modeldilər.
Volkswagen yeni “Canavarın” ( “Amarok” şimaliamerikan inuitlərin dilindən belə tərcümə olunur) sələfindən 10 santimetr uzun və eni olacağını bildirib. Yeni pikapın qabarit uzunluğu 5350 millimetrə çatmalıdır. Müvafiq olaraq, bu artımdan arxa sərnişinlər daha çox yararlanacaqlar. Kapotun altında V6 TDI turbodizeli yerləşəcəkdir. Avtomobilin bəyan edilmiş yükgötürmə qabiliyyəti bir tona yaxın olmalıdır, təkər tağlarının arasında isə standart avropaddon yerləşə biləcəkdir. Volkswagen yeni pikapın indikindən “daha premial” olacağını iddia edir.
Yeni Amarok pikapının yaradılmasına Avstraliya və Avropadan olan mütəxəssislər komandasının cəlb edildiyi bildirilib. Yeni pikap Cənubi Afrika Respublikasındakı Silverstoun şəhəri ilə yanaşı, əvvəlki kimi Almaniyanın Hannover şəhərində və Argentinadakı zavodda da istehsal olunacaqdır.
autograph.az