İlin ən böyük ilkin kütləvi səhm satışı olacaq - 12 MİLYARD DOLLAR

Avtodünya 10 Noyabr 2021 16:00 Oxunub 746
İlin ən böyük ilkin kütləvi səhm satışı olacaq - 12 MİLYARD DOLLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Amazon və Ford kimi güclü şirkətlər tərəfindən dəstəklənilən elektrikli avtomobil (elektromobil) istehsalçısı Rivian səhmlərinin ilkin kütləvi təklifindən (İPO) 11,9 milyard dollar gözləyir. Bu rəqəm, şirkətin səhmlərinin ilkin kütləvi təklifinin qlobal bazarlarda ilin ən böyük təklifi xüsusiyyəti daşıdığı mənasını verir.

Rivian, liderin  "Tesla" şirkətin olduğu elektrikli avtomobil bazarında daha çox yer tuta bilmək məqsədilə səhm sataraq vəsait cəlb edir.
 

Marja xəbər verir ki, Rivian 11,9 milyard dollar cəlb etmək məqsədilə, bir səhminə 78 dollar qiymət müəyyən edib.

Mənbələr, Rivianın tələb toplamaq üçün keçirdiyi turda 153 milyon səhm üçün sifariş aldığını bildirirlər.

Bloomberg-in yığdığı məlumatlara görə, Rivian0ın 11,9 milyard dollarlıq satışı, bu əməliyyatı 2021-ci ilin ən böyük və bir ABŞ Birjasındakı altıncı ən böyük ilkin kütləvi təklif edəcək.

Bu səhm satışı Rivianın yalnız bir neçə ay əvvəl, çoxu öz işlərinə olmaqla, ilk vasitələrini təhvil verməsilə ilə birlikdə reallaşır.

1 MİLYARD DOLLAR ZƏRƏR AÇIQLAMIŞDI

Şirkət, bu ilin sonuna qədər, İllinoisdəki zavodunda təxminən 1200 elektromobil istehsal edəcək. İlin ilk yarısında təxminən 1 milyard dollar zərər edən şirkət, illik istehsalının 2023-cü ilin sonlarına qədər 150 minə çatacağını təxmin edir.

Rivian-ın dəyərinin səhmlər və səhm opsiyonları da nəzərə alındığında təxminən 76,4 milyard dollar olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh