İlin ən etibarsız 10 avtomobili – FOTO
Mütəxəssislər “Whatcar.com” saytının araşdırmaları əsasında ən etibarsız ikinci əl avtomobillərinin siyahısını tərtib ediblər. Ümumilikdə, tədqiqatda 13 000-ə yaxın sürücü iştirak edib. Respondentlər maşının istismarının son 12 ayında hansı problemlərlə üzləşdiklərini bölüşüb. Əldə edilən məlumatlar əsasında kateqoriyalar formalaşdırılıb və onların hər birində ən tez xarab olan avtomobil seçilib.
1. Tesla Model S (2014-2021)
“Mən “Tesla Model S” avtomobilini çox bəyənirəm, lakin keyfiyyətsiz yığılma onun dəyərini aşağı salır”, – deyə amerikan elektrik avtomobilinin sahiblərindən biri izah edib.
2. BMW 3-Series (2006-2013)
İdman avtomobilləri arasında 2021-ci ildə ən çox “BMW 3-Series” modelindən şikayət olub. Alman avtomobilinin sahiblərinin 40%-dən çoxu tez-tez təmir mərkəzlərinə baş çəkdiyini etiraf edib.
3. Land Rover Discovery (2004-2017)
Premium seqmentli yolsuzluq avtomobilləri kateqoriyasında birinci yeri “Land Rover Discovery” tutub. Əvvəlki nəsil model sahiblərinin demək olar ki, yarısı avtomobillə bağlı çoxsaylı problemlərdən şikayətlənir.
4. Land Rover Discovery Sport (2014 -2021)
Land Rover Discovery Sport avtomobili də britaniyalı sürücülər tərəfindən kəskin tənqid edilib. Nəticədə, avtomobil ən etibarsız böyük yolsuzluq avtomobili kimi tanınıb.
5. Range Rover Evoque (2011-2019)
Həmçinin, britaniyalılar ən etibarsız ailə krossoverləri kateqoriyasında lider olan əvvəlki nəsil “Range Rover Evoque”dan narazı idilər.
6. Mini Countryman (2010-2011)
Ən yüksək etibarlılıq göstəriciləri kompakt krossoverlər kateqoriyasında qeydə alınıb. Bu avtomobillərin sahibləri Böyük Britaniyada ən az nasazlıqla üzləşiblər.
7. Jaguar XF (2015-2021)
Sorğuda ən problemli lüks avtomobil “Jaguar XF” seçilib. Belə ki, respondentlərin yarıdan çoxu premium sedanla bağlı problemlərdən şikayətlənib.
8. Mercedes-Benz C-Class (2014-2021)
Bu avtomobilin sahibləri ən çox mühərrik problemi ilə üzləşiblər (44%). Əksər hallarda onların təmirinə bir həftədən az vaxt sərf olunub.
9. Opel/Vauxhall Astra (2009 — 2015)
Sorğu zamanı “Opel/Vauxhall Astra” sahiblərinin yarıdan çoxu ötən il servis mərkəzlərinə müraciət etdiklərini bildiriblər. Nəticədə avtomobil ən etibarsız ailə avtomobili kimi tanınıb. Çox vaxt “Astra”da kondisioner xarab olur.
10. Vauxhall Corsa (2006–2014)
“Maşınımın mühərrikində problem olub. Onu düzəltmək üçün çoxlu pul xərclədim”, – deyə bu avtomobil modelinin sahibi bildirib.
banker.az