İlk "Lamborghini" elektrokarı - FOTO

Avtodünya 28 May 2023 23:06 Oxunub 1124
İlk "Lamborghini" elektrokarı   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu il Lamborghini markası daxili yanma mühərriki ilə təchiz edilmiş son modelini buraxacaqdır. Bundan sonra, italyan istehsalçısı elektriklşdirilmiş güc qurğuları il təchiz edilmiş avtomobillər xəttinin inkişafı ilə məşğul olacaqdır. Sırf elektrik güc qurğusu ilə hərəkətə gələcək superkarın debütü isə 2028-ci ilə planlaşdırılır. Buna baxmayaraq, Britaniyanın "Autocar" nəşri üzərində çalışmaların başlanmadığı elektrokar barədə bəzi məlumatları əldə edib.

Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Lamborghini elektrokarı hündür klirensi və oturma mövqeyi ilə seçilən avtomobil olacaqdır. Elektrokarın salonu dörd nəfərə hesablanıb və böyük ehtimalla, söhbət 2+2 oturacaq formuluna malik olan krossoverdən gedir. Jurnalistlərlə söhbət zamanı, italyan markasının rəhbəri Stefan Vinkelman modeli "bu günə qədər Lamborghini tərəfindən yaradılmış modellərdən radikal şəkildə fərqlənən" avtomobil kimi səciyyələndirib.

Vinkelman italyan markasının artıq on illərdir ki, "2+2 oturacaq formulu olan avtomobillər seqmentində çıxış etmədiyini" qeyd edib. Bu həqiqətən də belədir - Lamborghini markasının 2+2 oturacaq formulu olan son avtomobili 1979-cu ildə debüt etmiş dördyerli Urraco modeli idi.

Şirkət hələlik gələcək elektromobilin yaradılmasının ilk mərhələsinə belə başlamayıb - çalışmalara cari ilin sonunda start veriləcəkdir. Eyni zamanda, italyan markası avtomobilin son konsepsiyasını, onun mövqeləndirilməsi və dizayner konsepsiyasını müəyyənləşdirməlidir. "Söhbət təkcə qabaritlər, qiymət siyasəti və kuzov növündən deyil, həm də digər aspektlərdən gedir", - Lamborghini şirktinin rəhbəri bildirib.

Lamborghini markasının ilk elektromobilinin ardınca yalnız elektrik mühərrikləri ilə hərəkətə gələcək ikinci nəsil Urus krossoveri işıq üzü görəcəkdir. Yeni Lamborghini Urus krossoveri üçün daxili yanma mühərrikləri ümumiyyətl nəzərdə tutulmayıb. Xatırladaq ki, Urus krossoveri 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkizsilindrli biturbo mühərrik ilə təchiz edilir. Krossover 100 km/saat həddini 3,6 saniyəyə toplayır və maksimal 305 km/saat həddinə qədər sürətlənir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh