İlk "Xiaomi" avtomobili 2024-cü ildə işıq üzü görəcək

Çinin Xiaomi şirkəti tezliklə özü üçün yeni bir bazara - avtomobil bazarına girməyə hazırlaşır. Texnologiya nəhənginin baş direktoru Lei Tsyunun bildirdiyinə görə, Xiaomi markasının ilk avtomobili üzərindəki çalışmalar sürətləndirilmiş tempdə gedir ki, bu da, elektromobillərinin kütləvi istehsalına 2024-cü ilin ilk yarısında başlamağa imkan verəcəkdir. CNBC-nin məlumatına görə, bu bəyənatdan sonra, Honq Konqdakı birjada, Xiaomi şirkətinin səhmlərinin dəyəri beş faizdən çox artıb.
Xiaomi öz avtomobilini buraxacağı barədə məlumatı bu ilin mart ayında yayıb. Daha sonra şirkət avtomobillər üzərində işləmək üçün xüsusi bölməni - Xiaomi Automobile bölməsini yaradıb. Sentyabr ayında ilk elektrik avtomobili üzərində 300 nəfərin çalışdığı halda, hazırda yeni elmi-texniki mərkəzdə 450 nəfər əməkdaş işləyir. Bundan başqa, Tsyun müxtəlif tərəfdaşlarla bağlanmış onlarla müqavilə haqqında da danışıb. Bölməyə Lei Tsyun özü rəhbərlik edir.
Yeni yaradılan bölmənin nizamnamə kapitalı 10 milyard yuan və ya 1,55 milyard dollar təşkil etdir. Mart ayında, Xiaomi şirkəti elektromobillərinin yaradılmasına 10 il ərzində daha 10 milyard dollar sərmayə qoyacağını bildirmişdi. Bu, həm yerli Nio və Xpeng şirkətləri, həm də amerikan Tesla şirkəti ilə rəqabət aparmağa imkan verəcəkdir. Bundan əlavə, Apple şirkəti də öz elektromobilini hazırlayır: mətbuatda yayılan xəbərlərə görə, Kupertinoda yerləşən şirkət ilk avtomobilini konveyer xəttinə 2024-cü ildə çıxara bilər.
Xiaomi avtomobilinin özünə gəlincə, indiyə qədər bu barədə demək olar ki, heç bir məlumat verilməyib. Dərc edilmiş ilk tizerdə, örtüyün altında uzun kapotu olan sedanın gizləndiyini görmək mümkündür. Avtomobilin SAE International şkalası üzrə dördüncü səviyyəli avtopilotla təchiz edilməsi planlaşdırılır: bu o deməkdir ki, avtomobil insanın iştirakı olmadan, ancaq onun tərəfindən təyin olunmuş marşrut üzrə hərəkət edə biləcəkdir.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











