İlon Mask avtomobillərdən arxa güzgülərin çıxarılmasını təklif etdi - FOTO/VİDEO

“Tesla”nın “Cybertruck” pikapı çıxarıla bilən arxa görünüş güzgüləri ilə təqdim olunacaq.
Bu barədə şirkətin rəhbəri İlon Mask “Twitter”də məlumat verib.
Belə ki, “Twitter” istifadəçisi @adamhoov Maskdan “Cybertruck” elektrik pikapının arxa görünüş güzgüləri barədə soruşub. Mask avtomobilin bu avadanlıqla təchiz ediləcəyini, ancaq bunu çıxarmağın mümkün olacağını bildirib. Beləliklə, Mask gələcək maşın istifadəçilərinə güzgülərdən imtinanı təklif edib.
Qeyd edək ki, 2019 -cu ildə ABŞ Yollarda Təhlükəsizliyə Nəzarət Dövlət Administrasiyası (NHTSA) gələcəkdə arxa görünüş güzgüləri barədə qaydalarda dəyişiklik ola biləcəyini elan etmişdi. Bu perspektivdə avadanlığın funksiyasının kameralar tərəfindən yerinə yetirilə bilməsi ilə əlaqələndirilmişdi.
Yeri gəlmişkən bildirək ki, “Tesla” elektrikli pikap barədə anonsu zamanı avtomobili müvafiq element olmadan təqdim edib.
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










