İlon Mask dəli olub? - "Tesla"-nın satışı azalır - FOTO

Avropada elektromobil satışları noyabrda da aşağı düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil Federasiyaları Assosiasiyası məlumat yayıb. Statistikaya görə, noyabrda İttifaqda 130 575 elektromobil satılıb ki, bu da 9,5% geriləmə deməkdir. İl ərzində elektromobillərin bazar payı 16,5%-dən 15%-ə enib.
Maraqlıdır ki, bazarı təhlil edərkən 1 markanın ciddi geriləməsinin şahidi oluruq. Belə ki, 2023-cü ilin noyabrında 327 600 maşın satan Tesla şirkəti keçən ay cəmi 282 700 maşın sata bilib. Digər markalarda isə geriləmə ya cüzidir, ya da ümumiyyətlə yoxdur. Teslanı statistikaya daxil etməsək, ötən ay Avropada elektromobil satışı 1,5% artıb. Bəs onda avropalıları Tesladan küsdürən nədir?
Avropalı ekspertlərin qənaətinə görə, başlıca səbəb Maskın sərt qiymət siyasətidir. Buna görə də lizinq şirkətləri bu texnikaya maraq göstərmir. İkinci məqam isə ən çox satılan Y modelinin 4 ildir heç bir dəyişikliyə məruz qalmamasıdır. Halbuki, çinli istehsalçılar bu müddətdə maşınlarına az da olsa “əl gəzdiriblər”. Fərdi alıcılar isə Tesla barədə belə deyirlər: “Mən Teslanı Mask dəli olmazdan qabaq almışam”.
Vüqar
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU











