İndiyə qədər istehsal edilmiş ən güclü “Porsche” təqdim edildi – “Taycan GT Turbo” - FOTO

Alman avtomobil istehsalçısı “Porsche” tarix boyu bir çox modelləri satışa çıxarıb. Elektrikli avtomobillər dünyasına digər Avropa markalarından daha tez qədəm qoyan şirkət ilk olaraq “Taycan” modelini təqdim edib.
Avtosfer.az xəbər verir ki, “Mission E” layihəsi adlandırılan “Taycan” yeni versiyası ilə “Porsche” tarixinin ən güclü avtomobili adını da alıb.
“Taycan Turbo GT” ala biləcəyiniz 2 fərqli avadanlıq təklif edir. Birincisi baza paketi, digəri isə “Weissach” paketidir. “Weissach” modelin ən çılğın versiyasıdır.
Normal versiya tamamilə yenilənmiş arxa mühərrikə sahibdir. Lakin bütün bunlardan başqa bir kiçik detal da var. Avtomobilin mühərrikində “Porsche” mühəndisləri yeni yarımkeçirici material olan silisium karbidindən (SiC) istifadə ediblər. Bu material kristal quruluşu sayəsində elektronların daha sürətli hərəkət etməsinə imkan verir.
Bu yüksək yeni mühərrik gücləri sayəsində avtomobil 0-dan 100-ə 2,3 saniyəyə gedə bilir. “Weissach” paketi cəlb edildikdə, bu sürətlənmə saniyənin onda biri qədər qısalır. Bundan əlavə, “Weissach” paketi ilə avtomobil 0-dan 200-ə 6,4 saniyəyə çatır.
Məhəbbət Tərlanoğlu
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU













