İran Fransa avtomobillərinin ölkəyə idxalına qadağa qoyub

Avtodünya 19 Noyabr 2022 15:00 Oxunub 870
İran Fransa avtomobillərinin ölkəyə idxalına qadağa qoyub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran hökuməti anti-İran sanksiyalarına cavab olaraq “Renault”, “Peugeot”, “Citroen” və digər fransız istehsalçılarının avtomobillərinin ölkəyə idxalına qadağa qoyub.
Avtosfer.az xəbər verir ki, bunu İranın Ticarət, Sənaye və Mədən Nazirliyinin sözçüsü deyib:
“Fransızların ötən illərdəki qeyri-peşəkar davranışlarına görə biz artıq “Renault”, “Peugeot”, “Citroen” və Fransa istehsalı olan digər avtomobillərin qeydiyyatı və idxalına icazə vermirik”.
Onun sözlərinə görə, İran hakimiyyət orqanları fransız avtomobil istehsalçılarına sanksiyalar vasitəsilə milli avtomobil sənayesinə təzyiq göstərməyə imkan verməyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh