İş adamı "Maybach"inə görə cəzalandı - FOTO

Rusiyada biznesmen bahalı avtomobilinə görə cəzalanıb.
Avtosfer.az xəbər verir ki, Krasnoyarskda “Mercedes-Benz Maybach” markalı avtomobilin sahibi özü üçün parkinq nişanı quraşdıraraq bir ay ərzində avtomobilini səkidə qoyub. Nəticədə o, qayda pozuntusuna görə 1000 rubl cərimələnib.
Məlumata görə, avtomobilin sahibi biznesmen Vadim İvanovdur. O, Maerçaka küçəsində, idarə etdiyi şirkətlərlə ofis mərkəzinin yerləşdiyi evin yanında “Maybach” dövlət nömrə nişanı ilə birlikdə lövhə quraşdırıb.
Yerli sürücülər “Maybach” sahibindən şikayət ediblər, bundan sonra yol polisi fotoları araşdırıb və nişanı götürüb. Bildirilib ki, ilin əvvəlindən krossover sürücüsü artıq 30 cərimə alıb. Ən çox pozuntusu isı sürət həddini aşmaq və avtomobilin ayrılmış zolağa çıxması olub.

Lent.az
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











