İstanbulda bu gündür, bizdə 1 həftə sonra olacaq - FOTO
Avtodünya
11 Sentyabr 2023 13:29
Oxunub 626
Türkiyədə yeni dərs ilinin açılması ilə eyni gündə nəqliyyatda sıxlıq artıb. Avtosfer.az-ın xəbərinə görə, ən böyük sıxlıq İstanbulda müşahidə olunur. Ötən ay meqapolisin yollarında intensivlik 30% idisə, bu gün 60%-i keçib. Yol polisi səhər saatlarından gücləndirilmiş rejimdə işləyir. İlk növbədə məktəbli avtobusları yoxlanılır. Hələ ki nəqliyyat kollapsı müşahidə olunmur.
Bizdə də gələn bazar ertəsi məktəblər açılacaq. Görəsən məktəblərin qarşısında eyni vəziyyət təkrar olunacaqmı?
Vüqar
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR