İtaliyalı nazir: Elektromobilə keçid Çindən asılılığı artırır
İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun son açıqlaması Avropa mediasında əks səda doğurub.
Avtosfer.az-ın xəbərinə görə, nazır “La Stampa” qəzetinə müsahibəsində elektrikə və hidrogenə kəskin keçidi tənqid edib.
“Elektrik din deyil, texnologiyadır. Ondan düzgün istifadə üçün neytral yanaşma lazımdır” – deyə Urso vurğulayıb.
Nazir bildirib ki, benzin və dizel mühərriklərin qadağan edilməsi ilə Rusiyadan asılılığın aradan qalxacağını düşünmək uzaqgörənlik deyil. Bunu edənlər qitəni Çin texnologiyalarından və xammalından asılı vəziyyətə gətirirlər.
“Bizim baxışımız reallığa uyğun olmalıdır. İnnovasiyanı nəyisə dağıdaraq etmək olmaz”.
Oxşar fikirləri nəqliyyat naziri Mateo Salvini də bölüşür: “Təmiz hava və su hamını düşündürür. Lakin bu, milyonlarla adamı işdən atmaq və minlərlə müəssisəni bağlamaq anlamına gəlmir. Elektrik fundamentalizmi Avropa üçün intihar, Çin üçünsə hədiyyədir”.
Salvini qeyd edib ki, Almaniya və Rumıniyadan olan həmkarları da onunla həmfikirdir.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










