Kanada vətəndaşı bilmədən başqasının elektromobilini sürüb apardı - VİDEO
Qəribə hadisə Kanadanın Vankuver şəhərində baş verib.
Avtosfer.az-ın xəbərinə görə, uşağını dərsdən götürməyə gedən kişi parkinqdəki Teslanı öz telefonundakı proqramla blokdan çıxarıb və avtomobili götürərək ərazidən uzaqlaşıb.
Bir neçə dəqiqə sonra avtomobilin şüşəsində çat görən sürücü arvadına səng edərək maşını vurub-vurmadığını soruşub. Arvad yox cavabı verir və ardınca telefona mesaj gəlir: Salam, sən tesla sürürsən?
Mesajı göndərən maşının əsl sahibi idi.
Sürücü uşağı məktəbdən götürür və avtomobili təzədən blokdan çıxararaq parkinqə geri qayıdır. Avtomobilin sahibi onu gözləyirdi. Qısa üzrxahlıqdan sonra hər 2 sürücü məsələni araşdırmaq üçün polisə müraciət edir. Teslaya ünvanlanan onlayn müraciətlər isə cavabsız qalır.
Maraqlıdır ki, birinci sürücü dəfələrlə telefon vasitəsi ilə Teslanı bloklayır və blokdan çıxara bilir. Kanada polisi faktı araşdırır.
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










