Lamborghini'nin 3 fərqli modelinin drag yarışı - VİDEO

İngiltərənin YouTube kanalı Carwow, Lamborghini'nin 3 fərqli modelini yarışdırdırıb. Bu modellər sırasıyla "Urus", "Aventador" və "Huracan"dır.
Bu avtomobillərin detallarına baxaraq yarışın nəticəsini təxmin etməyə çalışaq.
Əvvəlcə Lamborghini Urus haqqında danışsaq, bu avtomobil yarışın ən ağır və ən böyük avtomobilidir. 2200 kq ağırlığında olan Urusun mühərriki yarışdakı ən kiçik mühərrikdir. Ancaq həcmi az olan bu mühərrik 2 turbordan dəstək alır. Bu 4,0 litrlik ikiqat turbo V8 mühərriki cəmi 650 at qüvvəsi və 850 Nm fırlanma anına malikdir.
Yarışda "Aventador SV Roadster"ə baxdığımızda bu avtomobil V12 mühərrikə sahibdir. Bu mühərrik 750 at güclü 690 Nm fırlanma anı istehsal edir. İndiqatorları Urusdan daha aşağı olsa da, bu avtomobilin çəkisi Urusdan daha yüngül, yəni 1575 kq olduğunu unutmamalıyıq.
Yarışdakı son avtomobil "Huracan Performante"yə baxdığımızda, yarışdakı ən yüngül avtomobildir. 1382 kq "Huracan Performante", 5,2 litr atmosferli V10 mühərrikinə malikdir və 640 at qüvvəsi ilə 600 Nm fırlanma anı istehsal edir.
Göstəricilərnə görə bir birlərindən heç də geri qalmayan 3 avtomobilin drag yarışını Avtosfer.az təqdim edir:
Pərvin Qoca
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











