“Lamborghini”nin tarixi ekranlaşdırıldı: Bədii filmə çevrildi - VİDEO

2023-cü ildə “Lamborghini”nin 60 illik yubileyi qeyd olunacaq.
Lakin artıq 2022-ci ildə italyan avtomobil istehsalçısının hekayəsindən bəhs edən bədii film geniş ekranlara çıxacaq.
“Lamborghini: The Man Behind The Legend”in buraxılışı noyabrın 18-nə planlaşdırılır. “Lionsgate” media şirkətinin yeni işi eyni vaxtda həm kinoteatrlarda, həm də striminq xidmətlərində nümayiş olunacaq.
Filmin yaradıcıları arasında “Oskar” mükafatçıları Mira Sorvino və Bobbi Moresko da var ki, filmin ssenari müəllifi və rejissorudurlar. Əsas rolları Ferruçço Lamborcini obrazını canlandıran Frenk Qorillo və Enso Ferrari obrazında Qabriel Birn ifa ediblər. Bu iki iş adamı və mühəndis arasında münaqişə “Automobili Lamborghini”nin yaranmasına səbəb olub və bu da filmin əsas süjet xəttini təşkil edib.
Rəsmi treylerə əsasən, filmin süjeti “Lamborghini”nin yaranmasından ən azı 1970-ci illərə qədər, yəni “Lamborghini Countach” superkarının təqdim olunduğu vaxta qədər olan tarixi əhatə edəcək.
Qeyd edilir ki, Ferruçço Lamborcini mümkün qədər dəqiq və tarixi baxımdan düzgün təqdim ediləcək. Çünki filmin yaradıcılarının məsləhətçiləri arasında iş adamının oğlu Tonino Lamborcini də var.
oxu.az
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO











