Lüks avtomobil salonunu GÜLLƏLƏDİLƏR - FOTO

İstanbulda lüks avtomobil salonuna silahlı hücum edilib.
Avtosfer.az xəbər verir ki, çox sayda güllənin hədəfi olan son model avtomobilə ciddi ziyan dəyib.
Həmin avtomobilin 25 milyon lirəyə satışda olduğu da açıqlanıb.
Kuruçeşme küçəsində yerləşən lüks avtomobil salonuna gecə saatlarında hücum edənlərin kimliyi hələlik məlum deyil. Salondakı 25 milyonluq lüks avtomobilə çoxlu sayda güllə dəyib. Avtomobil salonunun şüşəsində də 15 güllə dəliyi var.

Ərazidə yaşayanların xəbər verməsindən sonra hadisə yerinə polis qrupları sövq edilib. Hadisə yeri araşdırma qrupları avtomobil salonundakı hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Güllələrin hədəfi olan lüks avtomobilin üzəri qapadılıb, salonun pəncərəsi Türkiyə bayraqları ilə bağlanıb.


Musavat.com
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










