Reklam

MAZ-ın Azərbaycan səfəri: Zavodun əməkdaşları Bakıda nəyə əsəbləşdi? - FOTO

Avtodünya 25 Dekabr 2023 21:34 Oxunub 736
MAZ-ın Azərbaycan səfəri:  Zavodun əməkdaşları Bakıda nəyə əsəbləşdi?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

1973-cü ildə Belarusun MAZ zavodu SSRİ-nin 15 respublikasını dövr edərək maşınların keyfiyyətini yoxlamaq qərarına gəlir. Ənənəyə uyğun olaraq Orta Asiyadan sonrakı dayanacaq Azərbaycan SSR olur. 

Avtosfer.az xəbər verir ki, Krasnovodskdan  (indiki Türkmənbaşı – red.) Bakıya 5 yük avtomobili gəmi-bərə ilə keçir. Ekipaj gəmiyə minəndə sevinir: nəhayət səhradan sonra su gördük, 12 saat ərzində yatıb dincəlmək mümkündür. Belaruslu qonaqlar gəmidə ikən qərar verirlər: Onsuz da dincəlmişik, Azərbaycanda vaxt itirməyə gərək yoxdur. Bakıda ayaqüstü söhbət edib yola düşərik.
Lakin Azərbaycan rəhbərliyi əsla belə düşünmürdü. Komandanın planının pozulması barədə bir azdan. 

Heyət Bakıya  gələndə başqa situasiya ilə rastylaşır: 5 müxtəlif modifikasiyalı yük avtomobili Bakıya daxil olur və burada böyük marağa səbəb olur. O dövrün nəqliyyat naziri Mürsəl Babayev bildirir ki, yaxın günlərdə “Sovtrans”ın (SSRİ-nin yükdaşıma şirkəti – red.) Azərbaycan nümayəndəliyi açılacaq və parkın əsasını MAZ avtomobilləri təşkil edəcək. Bu səbəbdən maşınla yaxından tanış olmaq istəyirlər. 
Görüşlər uğurlu alınır və Ermənistana yola düşmə anında 2 yoldan biri seçilməli olur: ya köhnə, Ağsu aşırımından keçən yol, ya da yeni istismara verilmiş Kürdəmir yolu (hazırki İpək yolu – red.). Mürsəl Babayev  Ağsu ilə getməyi tövsiyə edir. Əks halda karvan Sumqayıt və Gəncəni görməyəcəkdi. 
Ən maraqlı hadisə burada baş verir: Nazir özü maşınlardan birinə oturub Sumqayıtdakı avtobazaya qədər gedir. Belaruslu qonaqları da bu təəccübləndirir: Axı necə olur ki, bir nazir səhranın qumu ilə dolu olan, toz-torpaqlı maşına minib bu qədər yol qət edir? O, karvanı xidməti Volqa ilə müşayət edə bilərdi!
Sumqayıta çatdıqda Babayenin üst-başı toz olsa da, maşından ümumilikdə razı qalır və karvan Gəncəyə yola düşür. Maşınlar Ağsu aşırımını gecə keçirlər və Ağsunun işıqlarını quş baxışı seyr edirlər. Halbuki Pamirdəki aşırımları yalnız gündüz keçmişdilər. ölüm qorxulu Tacikistan yolları ilə müqayisədə maşınlar Ağsu yolunu obrazlı desək oynaya-oynaya keçir. 
Komandanın Azərbaycanda son dayanacağı Gəncə olur. Buradan Ermənistan sərhədinə qədər yolda isə sürücülər rahat nəfəs alırlar. Nəhayət avtomobilin sürətini saatda 90 kilometrə qaldırmaq mümkün olub. 

Ermənistanla sərhəddə komandanı İrəvandan gəlmiş şəxslər qarşılayır və bundan sonrası başqa söhbətin mövzusudur.

Qayıdaq öz ölkəmizə: Yuxarıda qeyd etdik ki, Azərbaycan rəhbərliyi komandanın planını pozdu: Bəs necə ola bilər ki, 1973-cü ilin Azərbaycanında SSRİ-nin strateji zavodunun planına maneə yaradılsın? 
İşin mahiyyəti də məhz burdadır: Azərbaycan xalqının qonaqpərvərliyi  belarusları istər-istəməz planı dəyişməyə vadar edir. Bakıdan yolüstü keçməyi planlaşdıran komanda ölkəmizdə 2 gün qalır. Komanda rəhbərliyi əvvəlcə bu ləngiməyə görə bərk əsəbləşir. Lakin Minskə çatdıqda azərbaycanlılar barədə müsbət fikir söyləyir. 
Qonaqpərvərliyimiz də hədər getmir: zavod sifarişlər arasında ilk növbədə Bakının istəklərini nəzərə alır. Bu siyasətin kimin əməyi olduğunu da əminəm ki, hər bir azərbaycanlı bilir.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh