"Mercedes" ixtisar etdiyi işçilərinə 1000000 manata yaxın təzminat verir - RƏSMİ

Alman lüks avtomobil istehsalçısı "Mercedes-Benz" idarə heyətini ixtisar etmək üçün diqqətçəkən plan hazırlayıb.
Avtosfer.az xəbər verir ki, şirkət işçi qüvvəsini azaltmaq məqsədilə uzunmüddətli işçilərinə könüllü istefa qarşılığında 500 min avroya (təxminən 920 min AZN) qədər təzminat təklif edir.
Bu addım "Mercedes-Benz" in qənaət proqramı çərçivəsində atılıb. Şirkət 2034-cü ilə qədər olan iş planını nəzərə alaraq, işçilərini birbaşa işdən çıxarmaq əvəzinə, könüllü istefalar yolu ilə işçi sayını azaltmağa çalışır. Bu strategiya həm də mümkün hüquqi iddialardan və böyük məbləğdə təzminat xərclərindən qaçmaq məqsədi daşıyır.
Minlərlə işçinin təklifi qəbul edəcəyi gözlənilir. Hələlik neçə işçinin bu təklifə müsbət cavab verəcəyi dəqiq bilinmir. Lakin ilkin məlumatlara görə, minlərlə işçinin bu çərçivədə könüllü olaraq vəzifəsini tərk etməsi gözlənilir.
Maliyyə çətinlikləri fonunda bu addımı atan "Mercedes-Benz" , satış göstəricilərindəki azalmaya cavab olaraq işçi ixtisarlarını genişləndirib. Yeni plan çərçivəsində istefa verən işçilərə yüksək təzminat ödənilməsi nəzərdə tutulur. İşçilərin əməkhaqqı və iş təcrübəsindən asılı olaraq, bu məbləğin 500 min avroya (təxminən 920 min AZN) çata biləcəyi bildirilir.
Eltac Zülfüqaroğlu
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











