"Mercedes-Maybach EQS Concept" - elektrik krossoverini təqdim edib - FOTO - VİDEO

Bu gün qapılarını mətbuat nümayəndələri üzünə açan Münhen avtosalonunda Mercedes-Maybach EQS Concept elektrik krossoveri nümayiş etdirilib. Yeni konsept daxili yanma mühərriki olmayan ilk Maybach seriya modelinin müjdəçisidir və gələcək dizayn həllərini nümayiş etdirir.
Konseptin texniki hissəsi barədə məlumat çox azdır: həm EQS krossoveri, həm də EQS liftbeki eyni MEA modul platformasına əsaslanırlar. Krossoverin dolu batareya ilə WLTP dövrünə əsasən 600 kilometrə qədər məsafə qət edəcəyi bildirilib.
Mercedes-Maybach EQS SUV modeli hələlik təqdim olunmamış adi Mercedes-Benz EQS krossoverinin ultra dəbdəbəli versiyasıdır. Konseptin statusuna baxmayaraq, alman istehsalçısı modelin seriyaya yaxın olduğunu bildirir. Odur ki, istər eksteryerdə, istərsə də interyerdə köklü dəyişiklikləri gözləməyə ehtiyac yoxdur.
Konseptin eksteryerindəki qeyri-adi dizayn həllərinə misal kimi, Maybach embleminin mürəkkəb hörmə şəklində naxışları olan fənərləri, ön bamperdəki “balina bığı” hava girişini və retro üslubda 24-düymlük iri təkər disklərini göstərmək olar.
Digər Maybach avtomobilləri kimi, elektromobilin kuzovu iki rəngə boyana bilər, xrom elementlərinin sayı isə, məlum məsələdir ki, bolluq təşkil edir. Konseptin maraqlı xüsusiyyətlərindən biri, avtomobilə yaxınlaşdıqda açıla bilən tam avtomatik qapılardır.
Salonda üç ekranlı MBUX Hyperscreen məlumat-əyləncə kompleksi, dəbli şturval, habelə nazik kürək hissəsi və çəhrayı qızılı əlavələri olan çıxıntılı oturacaqlar diqqəti çəkilir. Qapı kartlarında qeyri-adi tekstildən çiləmələr var, döşəmə isə süni xəz ilə örtülüb. Əlbəttə ki, Maybach krossoveri dörd nəfərlik salona malikdir - hər bir sərnişin planşetlə və oturacağın elektrik tənzimlənməsi ilə təmin edilir.
Seriya Mercedes-Maybach EQS krossoveri iki il ərzində təqdim olunacaqdır, lakin ondan öncə adi Mercedes-Benz EQS krossoveri debüt etməlidir - elektromobilin təqdimatı və satışlarının başlanılması gələn ilə planlaşdırılıb.
Autograph.az
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA



















