"Mercedes"in 10 ən etibarlı modeli - SİYAHI

"Mercedes-Benz GL-Class X164" kuzovunda "Mercedes-Benz" markasının ən etibarlı avtomobilləri reytinqinə başçılıq edib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə HotCars portalı məlumat yayıb. Portalın ekspertləri etibarlılıq göstəriciləri, texniki xidmət xərcləri, geri çağırma kampaniyaları və istifadəçi rəylərini, o cümlədən J.D. Power və RepairPal kimi müxtəlif analitik şirkətlərin məlumatlarını təhlil ediblər. "Mercedes-Benz"in ən etibarlı modelləri siyahısında ikinci yeri M-Class (W164) tutur. İlk üçlüyü isə əfsanəvi yolsuzluq avtomobili "Mercedes-Benz G-Class" (W463) tamamlayır.
Etibarlılıq üzrə ilk onluğa həmçinin aşağıdakı modellər daxil olub:
"Mercedes-Benz S-Class" (W126), "Mercedes-Benz W124", "Mercedes-Benz S-Class" (W140), 2016-cı il buraxılışlı "Mercedes-Benz C-Class" (W205), 2010-cu il buraxılışlı "Mercedes-Benz C-Class" (W204), 2014-cü il buraxılışlı "Mercedes-Benz E-Class" (W212) və "Mercedes-Benz W123".
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ










