Banner

Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA

Avtodünya 23 Yanvar 2026 21:00
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fransanın avtomobil sənayesində aparıcı şirkətlərindən olan “Renault” müdafiə sənayesinə daxil olub. 

Avtosfer.az xəbər verir ki, məşhur brend Fransa ordusu üçün pilotsuz uçuş aparatlarının (PUA) istehsalı istiqamətində hazırlıqlara başlayıb.

Məlumata görə, “Renault” hərbi dronların hazırlanması məqsədilə Fransanın müdafiə texnologiyaları şirkəti “Turgis Gaillard” ilə əməkdaşlıq etmək qərarına gəlib. Avropada artan hərbi tələbat və müdafiə sahəsində təchizat zəncirində yaranan çətinliklər fonunda atılan bu addım avtomobil sənayesinin istehsal potensialının müdafiə sektoruna yönəldilməsinin bariz nümunəsi kimi qiymətləndirilir.

Qeyd olunur ki, Rusiya–Ukrayna müharibəsi, eləcə də ABŞ-ın xarici siyasətində müşahidə olunan dəyişikliklər Avropada yeni təhlükəsizlik çağırışları yaradıb və mövcud müdafiə sənayesinin imkanlarını ciddi şəkildə yükləyib. “Renault” isə bu prosesdə fəal rol almağa qərar verib. Şirkət layihənin Fransa Müdafiə Nazirliyi və müdafiə satınalma agentliyinin birbaşa nəzarəti altında həyata keçirildiyini açıqlayıb.

“Renault”un Baş İnkişaf Direktoru Fabrice Cambolive BFM TV-yə verdiyi müsahibədə bildirib ki, Fransa dron sənayesinin inkişafı məqsədilə bir sıra şirkətlərlə danışıqlar aparılıb. Onun sözlərinə görə, “Renault”un sənaye dizaynı, kütləvi istehsal və yüksək istehsal sürəti sahəsindəki təcrübəsi bu layihə üçün əsas üstünlük kimi qiymətləndirilib.

Fransa mətbuatında yer alan məlumatlara əsasən, “Renault” və “Turgis Gaillard” ortaq şəkildə təxminən 10 metr qanad genişliyinə malik taktiki dronlar istehsal etməyi planlaşdırır. Bildirilir ki, bu PUA-lar “yüksək rəqabətli qiymətə” istehsal ediləcək və istismarın ilk ilinin sonuna qədər aylıq 600 ədəd istehsal gücünə çatmaq potensialına malik olacaq.

İstehsal prosesinin hansı zavodlarda həyata keçiriləcəyi hələlik dəqiqləşməsə də, Kleon və Le Man zavodları kütləvi istehsal üçün əsas namizədlər arasında göstərilir.

Eltac Zülfüqaroğlu

Oxunub 186
ŞƏRH YAZ
Ad

E-mail

Şərh