Naməlum Rolls-Royce avtomobili testlər zamanı çəkilib - VİDEO

Dünən Instagram sosial şəbəkəsindəki CocheSpias hesabında qeyri-adi Rolls-Royce prototipinin videogörüntüləri yayılıb. Videoçarxadakı prototip haqqında heç bir məlumat yoxdur. Avtomobilin hansı kuzova malik olduğu da aydın deyil – çox güman ki, prototip bu yaxınlarda patent təsvirləri aşkar edilmiş naməlum Rolls-Royce modelinin sınaq prototipidir.
Ciddi kamuflyaja malik olan qeyri-adi prototip hərəkət zamanı çəkilib. Videoda təsvir olunmuş Rolls-Royce prototipinin klassik üçqapılı “şutinq breykə” bənzədiyini söyləmək olar, amma əslində avtomobilin kuzov forması radikal şəkildə fərqlənə bilər. Böyük ehtimalla, bu prototip bir ay bundan əvvəl patent görüntüləri dərc edilmiş avtomobildir.
Xatırladaq ki, “süzən” arxa dayaqlara malik olan avtomobilin patent təsvirləri Braziliyada aşkar edilib. Zahiri cəhətdən kupe dizaynı dəyişdirilmiş Wraith modelinə bənzəyir. Avtomobilin ən maraqlı elementi dəbdəbəli yaxtaların göyərtələrinin üslubunda tərtib edilmiş arxa hissəsidir. Modelin xüsusi sifarişə əsasən yeganə nüsxədə inşa edildiyi ehtimal olunur. Bu isə, yeni avtomobilin gələcəkdə Hyperion rodsteri və dəbdəbəli Sweptail kupesi ilə eyni cərgədə duracağını göstərir.
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










