"NİVA"-ların qiyməti bahalaşdı

Avtodünya 13 İyul 2023 15:18 Oxunub 832
"NİVA"-ların qiyməti bahalaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lada “NİVA Legend”in qiyməti əlavə səs izolyasiyası quraşdırdıqdan sonra konfiqurasiyadan asılı olaraq artıb.

Avtosfer.az bildirir ki, əsas versiyası alıcıya 829 min rubl (təxminən 15 min 419 manat), ən yüksək səviyyəli qara rənglisi isə 943,9 min rubla (təxminən 17 min 556 manat) başa gələcək. Əvvəllər onların dəyəri müvafiq olaraq 821 min (təxminən 15 min 270 manat) və 901,9 (təxminən 16 min 775 manat) min olub.

AvtoVAZ-ın mətbuat xidməti artımı təsdiqləyərək vurğulayıb ki, indi Lada “NİVA Legend” səs izolyasiyasını və interyeri, əlavə antikorroziya mühafizəsini yaxşılaşdırıb. Bunun üçün ayrıca qiymət cədvəli təqdim olunub.

Rusiyanın aparıcı avtomobil istehsalçısı bu il məhsullarının qiymətini iki dəfə qaldırıb. Şirkətin prezidenti Maksim Sokolov bu həftə qeyd edib ki, rublun ucuzlaşması yeni dəyər artımına səbəb olacaq, çünki bunlar “iqtisadi həyatımızın reallıqlarıdır”.

Şirkət rəhbəri gələcək artımı qiymətləndirməkdən imtina edib, çünki bu, əsasən təchizatçıların qiymət siyasətindən asılıdır. “Mash” teleqram kanalı şirkətdəki mənbəyə istinadən, oktyabrda bütün modellərin qiymətlərinin ən azı 10 faiz artacağını iddia edir. Lakin AvtoVAZ bu məlumatı “tam cəfəngiyat” adlandırıb.

Lent.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh