Avtomobillərin günəş şüasından qızması əleyhinə texnologiya yaradılır - FOTO

Yaponiyanın avtomobil nəhəngi “Nissan” günəş altında avtomobillərin həddindən artıq qızmasının qarşısını alacaq innovativ texnologiya üzərində işləyir.
Avtosfer.az xəbər verir ki, şirkət yeni inkişaf etdirdiyi xüsusi "soyuq boya" vasitəsilə avtomobil salonlarını daha sərin saxlamağı hədəfləyir. Bu isə gələcəkdə kondisionerə olan ehtiyacı azalda bilər.
Məlum olduğu kimi, yay aylarında birbaşa günəş işığına məruz qalan avtomobillərin daxili temperaturu kəskin şəkildə yüksəlir. Arizona Dövlət Universiteti və “UC San Diego” Tibb Məktəbi tərəfindən aparılan araşdırmalara əsasən, avtomobilin idarəetmə paneli günün isti saatlarında 70 dərəcəyə qədər qızır.
Yeni texnologiyada istifadə edilən boya iki mikrostruktur hissəciklərindən ibarət metamaterial əsasında hazırlanıb. Bu xüsusi quruluş yaxın infraqırmızı şüaları bloklayır və əks etdirir, beləliklə də günəş istiliyinin avtomobilə keçməsinin qarşısını alır. Eyni zamanda boya səthdə yığılan istiliyi elektromaqnit dalğalarına çevirərək yenidən kosmosa əks etdirir. Bu da avtomobilin xarici və daxili temperaturunun aşağı düşməsinə səbəb olur.
Test nəticələri ümidvericidir. “Nissan” bildirir ki, bu xüsusi boya avtomobillər birbaşa günəş işığı altında uzun müddət saxlanıldıqda daha effektiv nəticə göstərir. Aparılan sınaqlarda "soyuq boya" ənənəvi avtomobil boyasına nisbətən avtomobilin səth temperaturunu 12 dərəcə, salonun daxili temperaturunu isə 5 dərəcə aşağı səviyyədə saxlayıb.
Yanacaq sərfiyyatı və enerji itkisi də azalacaq
2024-cü ilin avqust ayında Tokio Beynəlxalq Hava Limanında keçirilən açıq hava sınaqları göstərib ki, bu texnologiya kondisionerdən istifadəni əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə, xüsusilə elektrikli avtomobillərdə enerji sərfiyyatının və akkumulyator yüklənməsinin optimallaşdırılmasına töhfə verəcək.
Hazırda yeni ağ rəngli boya test mərhələsindədir və geniş tətbiqi üçün sınaqlar davam etdirilir. Mütəxəssislər bu texnologiyanın gələcəkdə avtomobil sənayesində əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyini bildirirlər.
Eltac Zülfüqaroğlu
Almanlar niyə “Tesla” almaq istəmir? – RƏSMİ STATİSTİKA
Trampın uğursuz “Mercedes” planı
Rusiyaya 100 mindən çox “Mercedes” və "BMW" idxal olunub – SANKSİYALAR İŞLƏMİR?
Ənənəvi mühərrikli avtomobil satışında geriləmə
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! - Artım OLACAQ
Yapon avtomobil nəhəngi yeni elektromobil batareyaları istehsal edəcək - RƏSMİ
Bu elektromobillərdəki qüsurlar sürücülər üçün təhlükəlidir – ARAŞDIRMA - FOTO
Məşhur ABŞ şirkəti bu avtomobillərdə bu funksiyanı ödənişli etdi - RƏSMİ
Ən yüksək keyfiyyətli Çin avtomobilləri - SİYAHI
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA











