“Ölkəmizdə uçan avtomobillərin istehsalına maneə yoxdur” - ARAŞDIRMA - FOTO

Dünya ölkələrində uçan maşınlar artıq bir neçə ildir ki, ixtira edilib. Tıxaclardan bezmiş vətəndaşlar üçün uçan avtomobil xilaskar kimi vəd edilir. Bu mövzuda artıq 600-dən çox startap var. Amma onların heç biri istehsala buraxılmayıb. Avtomobil satışa çıxarıldıqdan sonra qiymətinin 300 min dollara olacağı ilə bağlı xəbərlər yayılıb.
Bəs görəsən ölkəmizdə uçan maşın istehsal etmək mümkündür?
Bir neçə ilə əvvəl formula avtomobili istehsal edən 34 yaşlı Sübhan Sadıqov Moderator.az-a açıqlama verərək bildirib ki, bu mümkündür.
“Bunun üçün düşünürəm ki, heç bir maneə yoxdur. Ölkəmizdə dron istehsalına başlanılıb. Bu texnologiya ilə uçan avtomobil də istehsal etmək mümkündür. Əlbəttə ki, öncə startap layihələr hazırlamaq lazımdır. Bu elə də asan iş deyil. Sadəcə orada diqqət edilməli məqamlar var. Bunlardan biri də batareyanın daha yüksək səviyyədə olmasıdır. Bu da daha uzaq məsafələrin qət edilməsi üçün vacibdir. İnsanlar bunu da istehsal edəcəklər. Artıq Dubayda istehsal olunub. 2025-ci ildə sınağı keçiriləcək”, - deyə o bildirib.
Avtomobil mühəndisi, avto bloger Elgün Xıdırov Moderator.az-a açıqlamasında bildirib ki, bu mövzu hələ qeyri-dəqiqdir.
“Nəinki Azərbaycanda, dünyada belə bu layihələr prototip mərhələsindədir. Real olaraq hansısa ölkədə varsa da, bəzən deyirlər ki, kuryer kimi, uçan dronlardan və s. istifadə edirik. Bu avtomobil deyil. Bu uçan nəqliyyat vasitəsidir, adı nə olacaqsa bilinmir. Mən uçan maşının qarşısında dayanıb şəkil çəkdirmişəm. Bu Çində baş verib. Şirkətlər belə prototiplər hazırlayırlar, amma fakt ondan ibarətdir ki, onlar hələ real tətbiq mərhələsinə keçməyiblər. Nə zaman keçəcək məsələsi sual altındadır. Çünki məsələ burada texnologiyanın hazır olub-olmaması deyil, məsələ bu nəqliyyat vasitələri üçün infrastrukturun, qanunvericiliyin olmasıdır. Həmin nəqliyyat vasitələrini harada istismar etmək olacaq, hansı ölkənin, şəhərin qanunvericiliyi ona icazə verəcək, onları idarə edən adamların hazırlığı necə olacaq, onları idarə edənlərə sürücülük vəsiqəsini, lisenziyanı kim verəcək bunlar hamısı açıq suallardır. Azərbaycana gəlməsi üçün bu sualların cavabı tapılmalıdır. Texnologiya elə sürətlə inkişaf edir ki, demək olmaz ki, 3 il, 5 il yaxud 10 ildən sonra bu texnologiyanın tətbiqin’ başlanılacaq?!”, - deyə o bildirib.
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










