Paris səmasında 50 il əvvəl baş vermiş unikal qəza - FOTO

Parisdə Le Burje aeronavtika sərgisi davam edir. Bir vaxtlar bu sərginin vacib iştirakçılarından biri dünyanın ən böyük təyyarə istehsalçısı olan SSRİ idi. Halbuki indi Rusiya tədbirə buraxılmır. 1973-cü ildə keçirilən sərgi isə Sovet aviasiyası üçün obrazlı desək, qara gəldi.
Avtosfer.az-ın xəbərinə görə, həmin il Sovet İttifaqının sərgidəki əsas eksponatı səsdənsürətli Tu-144 layneri idi. Andrey Tupolev bu təyyarə ilə Fransa-Britaniya birgə istehsalı olan “Concorde”u qabaqlamaq istəyirdi. Lakin hər şey plan üzrə getmir. 3 iyun 1973-cü ildə növbəti dəfə nümunəvi uçuş üçün havaya qalxan təyyarə bir daha geriyə adi qaydada qayıda bilmir.
Saat 15.19-da start götürən təyyarə havaya qalxır və 2 uğurlu dövrədən sonra enməyə az qalmış ekipaj məlum olmayan səbəbdən forsaj rejimini işə salaraq yenidən havaya qalxır. 1200 metr yüksələn təyyarə qəflətən şığımağa başlayır. Yerə 700 metr qalmış pilot təyyarəni normal vəziyyətə qaytarmaq istəsə də alınmır və layner 300 min nəfərin gözləri önündə yerə şırpılır. 6 nəfər ekipaj üzvü həlak olur. Yerdə isə təyyarənin qalıqları 5 evi dağıdır. Hadisə nəticəsində yerdə 8 nəfər ölür, 25 nəfər xəsarət alır.
Hadisəni araşdırmaq üçün SSRİ-Fransa birgə komissiyası yaradılır. Komissiyanın rəsmi rəyi belə olur ki, pilot Fransa televiziyasından götürdüyü kamera ilə təyyarənin uçuşunu çəkməyə məşğul olub və diqqəti yayınıb. Həqiq rəyin isə necə olduğunu bilmirik, çünki sənədlər hələ də məxfidir.
Qəza aviasiya tarixinə səsdənsürətli mülki təyyarənin ilk qəzası kimi keçdi. Bundan sonra Tu-144-lərin istismarı bir müddət dayandırıldı.
Bu laynerlərlə 70-ci illərdə Bakıya da bir neçə reys təşkil edilib. Rus mənbələrinə görə o vaxt Moskva-Bakı reysi təxminən 1 saat 30 dəqiqə çəkirdi. İndi isə təxminən 3 saat.
Hazırda bu təyyarələri Almaniya və Rusiyada muzeylərdə görmək mümkündür. Ən əsası isə 1973-cü ildə SSRİ dünyanın ən böyük təyyarə istehsalçısı idisə və dünyanın yarısını hava gəmiləri ilə təmin edirdisə, müasir Rusiyada təyyarələrə normal texniki xidmət göstərən mühəndislərin ciddi qıtlığı hiss olunur.
50 ildə çox şey dəyişdi.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək


















