Polis avtoxuliqanlıq edən uşaqları belə qandalladı – FOTO - VİDEO

Bu kadrlar Avstraliyada çəkilib.
Avtosfer.az xəbər verir ki, 15-16 yaşlarında 4 uşaq bir bağ evindən son model Maserati və Porsche oğurlayaraq yolda təhlükə törədiblər. Polisin onları təqib etdiyini görən yeniyetmələr sürəti 180 km/saatadk artırıblar.
Dəfələrlə qırmızı işığa əhəmiyyət verməyən, məktəbin yanından yüksək sürətlə keçən (Avstraliyada bu hərəkət xəta deyil, cinayətdir – müəl.) yeniyetmələr sonda dalana girirlər. Bu da onları dayandırmır. Maserati sürən uşaq trotuardan keçmək istəsə də, nail olmur. Polislər onları maşından düşürüb kobud şəkildə yerə yıxır və qandallayır.
4 uşağın işinə gələn həftə yuvenal məhkəmə (yetkinlik yaşına çatmayan şəxslər üçün xüsusi məhkəmə - müəl.) baxacaq. Onlara qarşı oğurluq, təhlükəli idarəetmə, sürət hədddini aşma və qanunsuz əşya əldə etmə ittihamları irəli sürülüb.
Vüqar
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA












