"Porsche 911" sportkarı yeni xüsusi versiyaya sahib olub - VİDEO

Avtodünya 21 Yanvar 2022 16:41 Oxunub 922
"Porsche 911" sportkarı yeni xüsusi versiyaya sahib olub  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cari Porsche 911 modelinin xüsusi versiyalarının siyahısı Porsche Design studiyasının 50 illik yubileyinə həsr olunmuş 911 Porsche Design 50th Anniversary Edition tarqası ilə tamamlanıb. Yubiley seriyasının tirajı 750 nüsxə ilə məhdudlaşacaq və avtomobillərin hamısı studiyanın ilk məhsulu olan Chronograph I saatını xatırlatmaq üçün qara rəngə boyanacaqlar.

Eyni zamanda, yubiley tarqalarının alıcılarına bu xronoqrafın xüsusi dizayna  malik olan müasir variantı təklif olunacaqdır, açıq satışa isə, Chronograph 1 1972 Limited Edition saatının 500 nüsxəsi çıxarılacaqdır. Əslində bu, klassik saatın titandan gövdəsi və 48 saata qədər gediş ehtiyatını təmin edən yeni WERK 01.140 mexanizmi ilə təchiz edilmiş yenidən buraxılışıdır.

911 Porsche Design 50th Anniversary Edition xüsusi versiyası 911 Targa 4 GTS sportkarına əsaslanır - yəni, tarqa 3,0-litrlik (480 at qüvvəsi və 570 Nm) altısilindrli oppozit turbomühərriki, səkkiz pilləli PDK “robotu” və ya yeddi pilləli mexaniki ötürmələr qutusu, habelə tam ötürmə sistemi ilə təchiz edilir.

GTS modifikasiyası üçün PASM adaptiv asqısı, spesifik səsi olan idman buraxılış sistemi və 911 Turbo sportkarından götürülmüş əyləclər standartdır.

Yubiley tarqası yalnız iki kuzov rəngində təklif olunur: standart qara və yarıparlaq Platinum aksentləri olan Jet Black metal rəngi. Öndəki 20-düymlük və arxadakı 21-düymlük təkər diskləri Porsche 911 Turbo S modelindən götürülüb.

Parlaq qara rəngli əyləc supportları olan Sport Design paketi standart təchizata daxildir. Mühərrik bölməsinin barmaqlığını üzərində “Porsche Design 50th Anniversary Edition” yazısı olan rondel bəzəyir.

Tarqanın salonu da əsasən qara rəngdədir, xatirə lövhələri, basmanaxışlar və Ferdinand Aleksandr Porşenin “avtoqrafı” ilə bəzədilib. Yaddaş funksiyalı Adaptive Sports Seats Plus oturacaqları xüsusi dəri ilə üzləniblər, lakin onların mərkəz hissələri klassik qara və boz naxışlı Sport-Tex tekstili ilə örtülür.

Ön paneldə Porsche Design Subsecond (Sport Chrono paketinin bir hissəsi) analoq saatı var. Onun qırmızı rəngli saniyə əqrəbi Porsche Design studiyasının ilk məhsulu olan 1972-ci ilin Chronograph I xronoqrafını xatırlatmaq üçün nəzərdə tutulub.

50 illik yubileyini qeyd edən Porsche Design studiyası məşhur xronoqrafı iki versiyada yenidən buraxıb. Onlardan biri tarqa alıcılar üçün nəzərdə tutulub, digəri isə açıq satışa çıxarılacaqdır. Hər iki xronoqrafın gövdəsi orijinalda olduğu kimi paslanmayan poladdan deyil, titandan hazırlanıb, əlavə olaraq, onlar 48 saata qədər gediş ehtiyatını təmin edən yeni avtomatik WERK 01.140 mexanizmi ilə təchiz olunublar.

Xronoqrafın yüksək dəqiqliyi İsveçrənin Xronometrlərin Dəqiqliyinə Nəzarət Bürosunun (COSC) sertifikatı ilə, onun kolleksiya statusu isə 500 nüsxəlik tirajla təsdiqlənir.

Yubiley tarqası və xronoqrafı ilə eyni vaxtda 1972-ci ilin 911 S 2.4 Targa sportkarı da təqdim olunub. Porsche Classic bölməsinin mütəxəssisləri avtomobilin bərpası üzərində iki il çalışaraq, onu Porsche Design studiyasının ad günündə təqdim ediblər. Klassik tarqa eyni qara və boz rənglərdə tərtib edilib və texniki cəhətdən öz zamanın top 911 S 2.4 Targa versiyasına uyğundur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh