Reklam

"Porsche Taycan Cross Turismo" “sığır” testində uğursuzluğa düçar olub - VİDEO

Avtodünya 22 Oktyabr 2021 16:43 Oxunub 624
"Porsche Taycan Cross Turismo" “sığır” testində uğursuzluğa düçar olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İspaniyanın km77.com nəşrinin jurnalistləri növbəti “sığır testini” həyata keçiriblər. Bu dəfə testin iştirakçısı Porsche Taycan Cross Turismo elektrokarı olub. Sınaqlar zamanı məlum olub ki, universal kəskin yerdəyişmələr etmək üçün kifayət qədər manevr qabiliyyətinə malik deyil. Alman elektrokarı “sığır testini” 74 km/saat sürətilə keçməyə müvəffəq olub.

Xatırladaq ki, bu sınağın əsas mahiyyəti qəflətən qarşıya çıxan maneədən qaçmaq üçün edilən ani yerdəyişmə zamanı avtomobilin dayanıqlılığının yoxlanılmasıdır. Buna başqa adla “Sığır testi” də deyirlər. Uğursuzluq dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Uğurlu nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 77 km/saat sürəti ilə keçməsi gərəkdir.

Artıq qeyd etdiyimiz kimi, Porsche Taycan Cross Turismo elektrokarı kəskin yerdəyişmələri 74 km/saat həddində uğurla yerinə yetirib. Bundan sonra, sürücü 76 və 77 km/saat həddində “sığır testini” keçməyə cəhd edib. Lakin bütün cəhdlər uğursuzluqla nəticələnib. Taycan Cross Turismo trekdə qoyulmuş konuslara toxunmadan keçə bilməyib.

Mütəxəssislərin fikrincə, 2404 kiloqram çəkisi olan universala artmış ağırlıq mərkəzi və klirensi, habelə düzgün seçilməyən şinlər mane olub. Bütün bu faktorlar modelin manevr qabiliyyətinə mənfi təsir göstəriblər. Ekspertlər irəli sürdükləri mülahizələrin sübutu kimi,  “sığır testini” 78 km/saat həddinə keçmiş Taycan Turbo S sedanı misal gətiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh