Qadınlar bəzi kateqoriyalar üzrə ən yaxşı maşınları seçib - SİYAHI

Ənənəvi olaraq hər il keçirilən Dünya Qadın Avtomobili (WWCOTY) mükafatları, avtomobil dünyasında keçən il iz qoyan modelləri seçmək üçün təşkil olunan nüfuzlu bir tədbirdir. Bu il münsiflər heyətinin tərkibi və mükafat kateqoriyaları daha da genişləndi, tədbirə daha çox qadın jurnalist və avtomobil mütəxəssisi qatılıb.
Avtosfer.az xəbər verir ki, münsiflər heyəti hər il olduğu kimi, ən təsirli və innovativ avtomobilləri müəyyən etmək üçün səsvermə keçirib. Tədbirin 15-ci buraxılışında 55 ölkədən 82 qadın jurnalist 81 namizəd arasından seçim edib.
Bu il nəqliyyat vasitələri əvvəlki kimi 5 deyil, 6 fərqli kateqoriyaya bölündü və hər kateqoriyada yeniliklər həyata keçirilib. Həmçinin münsiflər heyəti yalnız texnoloji üstünlüklərə görə markaları mükafatlandırmaqla kifayətlənmədi, həm də qadınlara dəyər verən istehsalçıları ön plana çəkildi. Bu nüfuzlu mükafatların qalibləri “BYD” və “Volvo” markaları oldu.

Dünya Qadın Avtomobili Mükafatlarının prezidenti Marta Qarsia bu ilki seçimlərin kifayət qədər çətin olduğunu vurğulayıb:
“Münsiflər heyətinin işi asan deyildi, çünki namizədlərin sayı artmışdı. Yeni markalar və müxtəlif modellər arasında seçim etmək çətin idi. Hər bir səsvermə ciddi yol sınaqları, ətraflı analizlər və güclü rəqabət yoxlamaları əsasında həyata keçirildi”.

Sonda hər kateqoriya üzrə 6 qalib seçilərək siniflərində ən yüksək nailiyyətləri nümayiş etdiriblər:
Şəhər avtomobili: “Mini Cooper”
Kompakt SUV: “Kia EV3”
Böyük avtomobil: “Audi A6 e-tron”
Böyük yolsuzluq avtomobili: “Hyundai Santa Fe”
4x4 və pikap: “Toyota Land Cruiser”
İdman və lüks avtomobil: “Porsche Panamera”
Hərçənd bu ilki qaliblər artıq məlumdur, "Dünyada ilin ən yaxşı qadın avtomobili" titulunun sahibi olmaq üçün mübarizə davam edir. 6 qalib avtomobil “WWCOTY-2025”in baş mükafatını qazanmaq uğrunda yarışacaq. Ənənəvi olaraq Beynəlxalq Qadınlar Günündə elan edilən böyük qalib bu dəfə 6 mart tarixində açıqlanacaq.
Eltac Zülfüqaroğlu
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO
Aeroport parkinqində YENİ TİP AVTOMOBİL OĞURLUĞU
Dünya bazarında elektromobil istehsalçılarının payı - FOTO
Ötən il dünyada ən çox hansı avtomobillər satılıb? – ARAŞDIRMA
Dünyada cəmi yeddi ədəd olan avtomobil hərraca çıxarılıb - FOTOLAR
Moskvada avtomobil sayı azalır – SANKSİYA SƏBƏB DEYİL - FOTO
Çində avtomobil ixracı ilə bağlı yeni qaydalar qüvvəyə mindi
Bu ölkədə hələ də SSRİ-dən qalma qaydalar qüvvədədir - FOTO
Elektromobilə obkatka lazımdırmı?











