Qiyməti 8 min dollardan aşağı olan 10 ən etibarlı istifadə edilmiş avtomobil – SİYAHI

Ekspertlər uzun müddət öz sahiblərinə xidmət edəcək 8000 dollardan aşağı olan 10 modelin adını çəkiblər. Bir çox sürücü üçün avtomobil seçərkən etibarlılıq əsas meyardır. Avtosfer.az "Lent.az"a istinadla xəbərinə görə, ekspertlər nadir hallarda xarab olan və dəyəri 8000 dollara çatan 10 ən etibarlı avtomobilin reytinqini tərtib ediblər.
JD Power ekspertləri minlərlə avtomobili təhlil edərək, dəyərini, nasazlıq tezliyini və sahiblərinin rəylərini qiymətləndirərək, illər ərzində sınaqdan keçirilmiş modellərin siyahısını tərtib ediblər.
8000 dollardan aşağı olan 10 etibarlı avtomobil
1.Scion xD (2012)

2. Chevrolet Malibu (2012)

3. Chevrolet Volt (2011)

4. Buick Lucerne (2011)

5. Cadillac DTS (2011)

6. Toyota Corolla (2012)

7. Toyota Camry (2012)

8. Toyota Prius (2011)

9. Honda Fit/Jazz (2011)

10. Honda CR-V (2011)

Etibarlı orta səviyyəli avtomobillərin reytinqində gözlənilmədən iki model peyda olub:
Honda CR-V krossoveri (2011) və Chevrolet Volt elektrik avtomobili. Honda CR-V “JD Power”a görə 100 baldan 90 bal toplayan yeganə avtomobil olub. Lakin Chevrolet Volt etibarlılıq testlərində daha bahalı rəqiblərini üstələyən azsaylı elektrik avtomobillərindən biridir. Onun sərfəli qiyməti, hibrid və elektrik versiyaları onu qənaətcil, lakin bacarıqlı avtomobil axtaranlar üçün cəlbedici seçim edir.
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU










