Qobustan vulkanlarında tam hibrid Tank 300 sınaqdan keçirilib – FOTO- VİDEO

Avtodünya 15 İyul 2024 15:00 Oxunub 1628
Qobustan vulkanlarında tam hibrid Tank 300 sınaqdan keçirilib – FOTO- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Great Wall Motor-un Azərbaycanda rəsmi idxalçısı olan “Azərbaycan Automobiles” QSC-nin Qobustan palçıq vulkanı ərazisində, yolsuzluq şəraitində test yürüşü tədbiri baş tutub.

Tədbirdə Great Wall Motor-a məxsus GWM TANK brendinin Tank 300 Hibrid avtomobili öz məharətini göstərib. Qobustan ərazisində yaradılmış xüsusi poliqonda modeli test etmək üçün palçıq vannası, təkər maneələri və.s yaradılıb. Bu maneələrdən uğurla keçən Tank 300 izləyənlərin böyük marağına səbəb olub. Tədbirdə avtomobil dünyasının tanınmış simaları, məşhur bloqqerlər və digər qonaqlar iştirak edib.

 

Great Wall Motor-un subbrendi olan Tank yolsuzluq avtomobillərinin istehsalı üzrə ixtisaslaşmışdır. Hal hazırda Çində SUV-yolsuzluq seqmentində bu brendin avtomobilləri satış üzrə lider mövqedədir. 2024-cü ildən başlayaraq Tank 500 və Tank 300 Hibrid modelləri ölkəmizdə rəsmi olaraq satışa başlanmışdır.

Tank 300 hibrid modeli 2L Turbo benzin və elektrik mühərriklə təchiz olunub. Tam ramlı olan bu avtomobil 350 at gücü hasil edir və 100km/s sürəti cəmi 8 saniyə ərzində yığır.

Kredit şərtləri və qiyməti 

Azərbaycanda avtomobilin rəsmi dileri geniş kredit alış opsiyaları əsasında Tank 300 Hibrid modelini təklif edir. Minimum ilkin ödəniş 20%,  illik faiz dərəcəsi isə 10% təşkil edir. Kredit müqaviləsinin maksimum müddəti 60 aydır (5 il). Avtomobilin yerli bazarda qiyməti 67 900 AZN-dir.

Zəmanət

GWM zavodu öz avtomobillərinin hibrid seriyasına (Tank, Haval)  8 illik (və ya 160.000 km) rəsmi zəmanət verir ki, bu da rəsmi dilerdən Azərbaycana gətirilən avtomobillərə aiddir.

Şirkət haqqında 

"Azerbaijan Automobiles" QSC ölkəmizdə GWM, Bentley və Volkswagen avtomobil markalarının yeganə rəsmi distribyutorudur.

Əlaqə

GWM avtomobil salonu Babək prospekti 282 ünvanında yerləşir.

Əlaqə telefonları: *7999, +994556782424

WhatsApp: +994556782424. 

Rəsmi sayt: https://haval.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh