"Qoros" yeni dəbli sedanı nümayiş etdirib
Bir zamanlar Çinin Chery şirkətinə məxsus olan Qoros markası Səma İmperiyasının ən perspektivli brendi hesab olunurdu. Brendin sahibləri Avropa bazarlarına aktiv ekspansiyanı həyata keçirəcəklərini vəd etsələr də, nəticədə çox az sayda avtomobil satmağa müvəffəq olmuşdular. Belə uğursuzluqdan sonra Qoros avtomobillərinin Avropadakı satışlarına son verilmişdi.
Lakin çinlilərin təslim olmaq fikirləri yoxdur və Qoros markası bəxtini bir daha sınamaq qərarına gəlib. Qoros bir neçə yeni modeli hazırlayacağını vəd edib ki, onlardan birincisi də “6” indeksli sedandır.
Yığcam Qoros 6 modeli həm benzin, həm də sırf elektrik mühərriki ilə təchiz edilə bilər. Hər iki versiya bir-birindən ön hissənin tərtibatı ilə fərqlənirlər: daxili yanma mühərriki olan model torşəkilli naxışı olan iri radiator barmaqlığına malikdir. “Batareyalı” sedan isə, vizual olaraq vahid detalı təşkil edən bağlı panelə sahibdir.
Qoros 6 sedanının qabarit uzunluğu 4800 millimetr, eni – 1874 millimetr, hündürlüyü isə 1460 millimetrdir. Sedanın oxları arasındakı məsafə 2820 millimetr təşkil edir.
İstehsalçı Qoros 6 modelinin üzün tanınması və fərdi identifikasiya sistemləri, habelə tıxac köməkçisi, adaptiv kruiz-kontrol, zolağa və kor zonalara nəzarət funksiyaları da daxil olmaqla, intellektual sürücü yardımçıları ilə təchiz edildiyini bildirib.
Ənənəvi daxili yanma mühərrikinə malik olan Qoros 6 sedanı 177 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Sedanın yanacaq sərfiyyatı 100 kilometrə 6,4 litrdir. Elektrik versiyası haqqında məlumat çox azdır.
Qoros 6 elektrik sedanının başlanğıc versiyasının 52 kilovat-saatlıq litium-dəmir-fosfat batareyası, top versiyasının isə 72 kilovat-saatlıq litium-ion batareyasını alacağı məlumdur. Gediş ehtiyatı müvafiq olaraq 450 və 600 kilometr olmalıdır.
Xatırladaq ki, Qoros brendi 2013-cü ildə Chery ilə İsrailin Kenon şirkətinin əməkdaşlığı sayəsində peyda olub. İlk modellərin dizaynı üzərində Mini şirkətinin keçmiş şef-dizayneri Gert Hildebrand işləmişdi. Lakin vətənində markanı soyuq qarşıladılar, xaricdə isə Qoros avtomobilləri heç kimə gərək olmadı.
2018-ci ildə Chery və Kenon zərərli aktivdən yaxalarını qurtarmaq üçün, onun səhmlərinin nəzarət paketini Baoneng holdiqinə verdilər. Brendin yeni sahibinin nəhəng planları olsa da, bir neçə yeni modelin debütünə baxmayaraq, avtomobillərin satışları düşməyə davam edirdi.
2021-ci ilin yazında avtomobillərin istehsalı dayandırıldı, Baoneng Motor isə artan borclar ucbatından restrukturizasiyaya başlamalı oldu. Lakin cari ilin yanvarında konsern gözlənilmədən Qoros markasının yeni modellərinin təqdim olunacağını və yeni Bao markasını təsis etdyini bildirib. Bu marka altında premium modellərin buraxılması planlaşdırılır.
autograph.az
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO
Rusların ilk elektromobilinin qiyməti narazılıq doğurdu
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI








