Rusiya bazarına göz dikən İran, və ya bulanıq suda balıq tutmaq cəhdi - FOTO
40 ildir sanksiyalar məngənəsində çırpınan İran avtosənayesi mövcud geosiyasi vəziyyətdən faydalanmağa çalışır.
Avtosfer.az-ın xəbərinə görə, İranın avtomobil şirkıətləri Ukrayna müharibəsini fürsət bilərək Rusiya bazarına girməyə can atır. Saipa şirkəti isə nəinki Rusiyaya maşın satmaq, hətta Peterburqda avropalıların tərk etdiyi zavodlardan birində istehsal qurmaq niyyətindədir. Qiymət aralığı da (1-1.7 milyon rubl) rus alıcıya cəlbedici görünəbilər. Lakin bu ucuzluq 3 amildən qaynaqlanır: köhnə xarici platforma, zövqsüz İran dizxaynı və yerli istehsal olan detallar.
Rusiyada 120 diler məntəqəsi açmaq istəyən Saipa şirkətinin kökü Şah dövrünə gedib çıxır. Avtomobil Citroenin lisenziyalı variantı olsa da, sonradan iranlılar hər şeyi öz gücləri ilə hazırlamağa başladılar. Qiymətlə bərabər keyfiyyət də aşağı endi. Hazırda şirkət Rusiyaya sedan və xetçbek olmaqla 3 model - Quik, Saina və Shahin təqdim etmək istəyir.
Görəsən rus alıcı daha proqressiv Çin modellərinin yerinə 60-cı illərin texnologiyasına əsaslanan İran maşınını seçəcəkmi?
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










