Reklam

Saatda 1200 km sürətdə hərəkət zamanı təkər belə olur - VİDEO - FOTO

Avtodünya 21 İyun 2022 08:32 Oxunub 27684
Saatda 1200 km sürətdə hərəkət zamanı təkər belə olur - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-dan olan tədqiqatçılar səs sürətindən (1224 km/saat) daha böyük sürətlə hərəkət zamanı təkərin hansı vəziyyətə düşdüyünə dair tədqiqat aparıblar. Ümumiyyətlə, təkər bu sürətə dözə bilərmi?
Avtosfer.az xəbər verir ki, sınaq üçün laboratoriya deyil, Kaliforniyada çöllük ərazi seçilib. Sınaq zamanı 190 km/saat sürətə hesablanmış “Nokian” şini götürülüb. Sınaq vaxtı o 620 km/saat sürətlə dövr edə bildi.
Daha böyük sınaq üçünsə 300 km/saata hesablanmış idman təkəri seçilib. Doğrudur, “Toyota” mühərriki təkəri dəqiqədə 10400 dövr tezliklə, başqa sözlə ,1332 km/saat sürətlə fırlada bilib. Bəs şin buna davam gətirdimi? Videonun sonunda görünür ki, bu sürətlə fırlanma zamanı şin diskdən çıxaraq parçalanır və ətrafa səpələnir. 
Testdən bir neçə gün sonra açıqlama verən tədqiqatçılar bildirirlər ki, nəticənin belə olacağı gözlənilən idi. Mədsəd sürücülərin təkər məsələsinə diqqətini yönəltmək olub. Bəzən qeyri-ciddi yanaşanlar olsa da, təkər hərəkətin əsas təhlükəsizlik elementlərindəndir.

 

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh