Sabir Kazımzadə tam və plug-in hibridlərin fərqini açıqladı - VİDEO

Bu günün avtomobil dünyasında ənənəvi benzinlə işləyən nəqliyyat vasitələrindən tutmuş son model elektrik avtomobillərinə qədər çoxlu seçim var. Xüsusilə son illərdə elektriklə işləyən maşınlara maraq artıb. Artıq məşhur avtomobil şirkətləri belə bu növ maşınların istehsalına yönəlib. Onların sırasında yalnız elektriklə işləyən nəqliyyat vasitələri buraxan markalar mövcuddur. Məlumdur ki, sözügedən nəqliyyat vasitələrində daha az yanacaq sərf olunur ki, bu da ətraf mühitə zərəri minimuma endirir.
Elektriklə işləyən nəqliyyat vasitələrinin də 3 növü var: Elektromobil (yalnız elektriklə işləyən), tam hibrid (geniş diapazonlu elektrikli nəqliyyat vasitələri) və cərəyana qoşulan hibrid (plug-in). Hibrid avtomobillər yalnız elektriklə işləyən maşınlara keçid üçün mükəmməl seçimdir.
Avtosfer.az xəbər verir ki, “Toyota” Qafqaz Şirkətinin nümayəndəsi Sabir Kazımzadə tam hibridlə cərəyana qoşulan (plug-in) hibridlərin arasındakı fərqlərdən danışıb. O bildirib ki, hibrid və plug-in hibrid avtomobillərinin hər ikisi çox aşağı CO₂ (karbon dioksid) emissiyaları və aşağı yanacaq sərfiyyatı təklif edir, lakin onlar idarəetmə funksiyalarına görə fərqlənirlər: “Tam hibrid avtomobillər böyük elektrik mühərrikinə sahibdir. Yəni, bu model nəqliyyat vasitələrində 1, yaxud 2 kilovatlıq elektrik mühərriki mövcuddur. Nəticədə sürüşünüzün 50 faizini elektriklə başa vurursunuz ki, bununla siz 50 faiz yanacağa qənaət edirsiniz və 50-60 faiz CO₂ tullantılarının qarşısını alırsınız. Plug-in hibridlərdə isə daha böyük elektrik mühərriki mövcuddur. Bu növ hibrid modellərinin 8-18 kilovatlıq elektrik mühərrikləri olur. Eləcə də plug-in hibridlərin cərəyana qoşulma özəlliyi var. Təbii ki, cərəyana qoşulan hibrid avtomobilləriylə elektrik sərfiyyatı baxımından daha uzun məsafə qət edə bilərsiniz”.
Nərmin
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU










